Anons

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Dünən, 16:05- Azərbaycanlı Xalq artisti xəstəxanaya yerləşdirildi

Dünən, 15:53- İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

Dünən, 15:41- "Ölkə üzrə məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var" RƏSMİ AÇIQLAMA

Dünən, 15:32- Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq?

Haqqımızda Əlaqə

Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"

Tarix:19-11-2019, 21:50

Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm" - Aybəniz xanım, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?

- Atam məni həkim görmək istəyirdi. Bu peşəyə marağı məndə məhz o yaratdı. Onun arzusunu reallaşdırmaq üçün həkim oldum.

- Niyə məhz oftalmologiya səhəsini seçdiniz?

- Mən tələbə olan illər ərzində bizim oftalmologiya fənnindən lektorumuz əməkdar elm xadimi, professor Zəhra xanım Quliyeva idi. Zəhra xanım uzun illər Tibb Universitetinin rektoru vəzifəsində də çalışmışdır. O alimin leksiya oxumaq tərzinə, oratorluq qabiliyyətinə, tədris etdiyi fənni sevərək sevdirmək bacarığına heyran olmuşdum. Zəhra xanım kimi oftalmoloq-ailimi tanıyandan sonra göz həkimi olmağa qərar verdim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- 1993-cü ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra, elə həmin il oftalmologiya kafedramızın nəzdnində iki illik klinik ordinatura kursuna qəbul oldum. Ordinaturanı bitirdikdən sonra müsabiqə yolu ilə aspiranturaya daxil oldum. "Azərbaycanda keratokonus xəstəliyinin epidemoloji və klinik-immunoloji xarakteristikası, patogenik müalicəsi" mövzusunda kafedra müdirimiz professor Musayev P.İ-nin rəhbərliyi altından namizədlik dissertasiyamı uğurla müdafiə etdim və Tibb Üzrə Fəlsəfə doktoru elmi dərəcəsini aldım. Analıq məzuniyyəti ilə bağlı bir müddət kafedradan uzaqlaşdım. Bir müddət özəl klinikalardan birində çalışdım. 2008-ci ildən yenidən doğma bildiyim kafedramıza üz tutdum.
 Baş laborant olaraq işləməyə başladım. Bir il sonra müsabiqə yolu ilə assisent vəzifəsinə seçildim. Artıq 10 ildir ki, bu vəzifədə çalışıram. Ümumilikdə isə 25 ildir bu sahədəyəm.

- İyirmi beş il zamana nəyi sığışdıra bilmədiniz?

- İlk öncə 25 ilə sığışdırdığım nə varsa, onlara şükr edirəm. Sözsüz ki, arzular tükənməzdir, amma unutmamalıyıq ki, qismət və nəsib deyilən anlayışlar var. Mənim də sığışdıra bilədiyim bir şeylər varsa, onları qəbul etmək lazımdır.

- Xarakter olaraq necə biridir Aybəniz xanım?

- İnsanın özü haqqında daışması bir qədər çətindir. Mənim üçün ən əsas səmimi, ədalətli, iradəli və vicdanlı olmaqdır.

- Bir həkim olaraq sizi narahat edən  nədir?

- Bir həkim olaraq ümumilikdə narahat edən ekoloji problemlər, qəbul edilən suyun, qida məhsullarının keyfiyyətinə, mütəmadi proflaktik müayinələrin aparılmasında diqqətli olmaq lazımdır. Pasientlərlə münasibətdə, ünsiyyətdə hər biri çox diqqətli, qayğı ilə, doğma yanaşma zərurətdir. Arzum budur ki, hər bir həkim vicdanını itirməsin, öz üzərində işləsin, bilik və bacarıqlarını artırsın.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhətim odur ki, bacardıqca sağlam həyat tərzi sürsünlər, idmanla məşğul olsunlar, həkimlərə yalnız yalnız proflaktik müayinələr üçün üz tutsunlar. Zərurət yarandığında seçəcəkləri həkimlə öncədən ünsiyyət yaratsınlar. Həkimin bilik və təcrübəsi ilə yanaşı onun insani keyfiyyətlərini də nəzərə alsınlar. Bu, çox vacib məqamdır.

- Mən Hippokrat andını içərkən ağlıça gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, nə vaxtsa verdiyim andı pozmaq olar. Və belə də var, mən hər zaman andıma sadiqəm.

Həkimlə əlaqə: (050) 3596929

Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...