Anons

Dünən, 17:05- Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb

Dünən, 16:57- Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Dünən, 16:38- Bakıda beynəlxalq elektron ticarət forumu keçiriləcək

Dünən, 16:20- Bakıya yeni atraksionlar gətiriləcək

Dünən, 16:08- Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

Dünən, 15:53- “Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

Dünən, 15:41- Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

Dünən, 15:32- Azərbaycan Çində ticarət evi açacaq

Dünən, 15:19- Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dünən, 15:10- Qida məhsullarının idxalının elektronlaşmasına start verildi

Dünən, 14:58- “Bakutel-2019”da Las-Veqasdan “Pepper” humanoid robotu və robot balıqlar nümayiş olunacaq

Dünən, 14:46- Yaxın günlərdə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Dünən, 14:37- 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

Dünən, 14:25- Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Dünən, 14:13- Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Dünən, 13:52- "Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Dünən, 13:40- İnam Kərimov daha iki direktoru işdən çıxardı

Dünən, 12:06- Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM

Dünən, 11:52- Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi - Video

Dünən, 11:41- İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Haqqımızda Əlaqə

Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”

Tarix:8-11-2019, 15:28

Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
Məmmədzadə Günel Ərşad qızı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının bu ilki məzunlarından biridir və hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 Beynəlxalq Hava Limanı gömrük postunun sərnişin şöbəsinin inspektoru vəzifəsində çalışır.

Günel, hazırda gömrük xidmətində çalışırsınız. Hansı işləri yerinə yetirirsiniz?

- Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarətinin həyata keçirilməsi, qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış malların ölkəyə qanunsuz keçirilməsinin qarşısının alınması, ölkəmizə xaricdən gələn sərnişinlərin yaşıl və qırmızı kanala daxil olması, baqajlarına baxış keçirilməsi və qanunvericilik aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirirəm.

Akademiyada qazandığınız biliklər iş vaxtı köməyinizə çatırmı?

- Təbii ki, tələbəlik həyatı və iş həyatı bir-birindən çox fərqlidir, lakin icra etdiyim vəzifələrin bir çoxunun nəzəriyyəsini bilmək, yəni dörd il ərzində Akademiyada əldə etdiyim biliklər praktiki fəaliyyətim zamanı köməyimə çatır. Təbii ki, iş həyatı tamam fərqli yeni bilikləri də tələb edir, bunlar da yalnız təcrübə əsasında formalaşır.

Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

- Məzun olduqdan sadəcə bir ay sonra mən və digər tələbə yoldaşlarım gömrük əməkdaşı kimi müxtəlif struktur bölmələrdə işlə təmin olunduq. Gömrük əməkdaşları sırasına daxil edildiyimizə görə Akademiyanın rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığımızı bildiririk.

İlk iş gününüz necə keçmişdi? Həyəcan vardımı?

- İlk iş günüm həyatımdakı ən həyəcanlı günlərdən biri idi, çünki artıq mühazirə dinləmək və seminarlara hazırlaşmaqla keçən tələbəlik günlərinin sonuna gəldiyimi ilk dəfə həmin an anlamışdım. Həmin gün mənim üçün daha məsuliyyətli və diqqətli olmağı tələb edən günlərimin başlanğıcı idi.

Gömrük xidmətində çalışmaq hansı məsuliyyəti yaradır?

- Gömrük xidməti digər fəaliyyətlərdən daha çox məsuliyyət və diqqət tələb edir. Gömrük orqanı əməkdaşı etik və əxlaqi normalara ciddi əməl etməli, qanuni tələbləri dəqiq bilməli və yerinə yetirilməməsindən irəli gələn məsuliyyətləri dərk etməlidir. Sadəcə xidməti vəzifə ilə bağlı deyil, xidmətdən kənar davranış qaydalarına da fikir verməlidir.

Müsahibəyə görə təşəkkür edirik və sizə xidmətdə uğurlar arzulayırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...