Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

"Medical Plaza" klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: "Hər kəslə eyni davranıram"

Tarix:2-10-2019, 11:09

"Medical Plaza" klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: "Hər kəslə eyni davranıram"
- Aysel xanım, zaman sizi haradan hara gətirdi?

- Mən uşaqlıqdan gözəllik vurğunu olmuşam. Bu sahəyə gəlməyimin əsas səbəbi də də elə budur. Qeyd edim ki, mən ixstisasca anestezioloq-reanimatoloqam. Tibb Univetsitetini bitirdikdən sonra 2011-ci ilə qədər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində öz ixtisasım üzrə işlədim. Lakin  kosmetologiyaya olan marağım məni bu yerlərə qədər gətirdi. Müxtəlif ölkələrədə kurslara, seminarlara qatıldım, bu işin incəliklərini öyrəndim. Artıq altı ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Üç ildir ki, "Medical Plaza" klinikasında çalışıram.

- Fəaliyyət göstərdiyiniz beş il ərzində nə müşahidə etdiniz?

- Ümumiyyətlə, xanımlarla işləmək həm zövqvericidir, həm də çətindir. Çünki bu işdə incəlik əsas məsələdir. İndiyə qədər pasientlərim məndən razı gediblər. Şükürlər olsun ki, narazı qalan olmayıb.

- Kosmetologiyaya aid bütün prosedurları həyata keçirdirsiniz?

- Bəli, qocalma əleyhinə bütün kosmetoloji prosedurları icra edirəm. Amma pasientdə dermotoloji problem olduqda onu dermatoloqa yönləndirirəm. Bir də ki, süni gellərin əleyhinəyəm. Süni gellərlə olan prosedurları icra etmirəm.

- Ailəlisinizmi?

- Bəli, aiəliyəm.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Alınır. Mənim yoldaşım da elmi dərəcəli həkimdir. O, mənə dəstək olur. Hətta tibb sahəsində bilmədiklərimi də ondan öyrənirəm.

- Bir kosmetoloq olaraq  nəyin əleyhinəsiniz?

- Mən süniliyin əleyhinəyəm. Aşırı, lüzum olmadan icra olunan prosedurların əleyhinəyəm. Hər bir sima individualdır. Xanımların əksəriyyətinin bir-birinə bənzəməsini bəyənmirəm.

- Özünüz öz üzərinizdə hər hansı prosedurları icra edirsinizmi?

- Bəli, edirəm.Yaşıma uyğun, lazım olan prosedurları özümə tətbiq edirəm.

- Sizcə, bir xanımın hansı üz cizgisi daha gözəl olmalıdır?

- Mənim fikrimcə, bütün üz cizgiləri bir-birini tamamlamalıdır. Onda sima daha gözəl olur.

- Xarakter olaraq necə biridir Aysel xanım?

- Mən ətrafımdakı insansanlara qarşı səmimiyəm. Hər kəslə eyni davranıram.

- Nəyə "yox" deyirsiniz?

- Yalana və riyakarlığa yox deyirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Əsas iş prinsipim gördüyüm işlərdə aseptika və antiseptikaya əməl etməkdir. Estetik mərkəzlərdə deyil, məhz klinikada işləməyimin də əsas səbəbi budur.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, kosmetoloqa vaxtında müraciət etsinlər. Belə bir deyim var, insan kosmetolaqa hansı yaşda müraciət edirsə, o yaşda da qalır. Gözəlləşmək və gözəl qalmaq üçün hər bir xanımın şəxsi həkim-kosmetoloqu olmalıdır və vaxtlı-vaxtında ona müraciət etməlidir. Gözəlliyi əldə etmək asan, qoruyub saxlamaq isə çətindir.

Həkimlə əlaqə: (070) 5010807

"Medical Plaza" klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: "Hər kəslə eyni davranıram"
"Medical Plaza" klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: "Hər kəslə eyni davranıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...