Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

Həkim-onkoloq, ümumi cərrah İslam Məmmədov: "Yalan və hiyləyə "yox" deyirəm"

Tarix:27-09-2019, 14:19

Həkim-onkoloq, ümumi cərrah İslam Məmmədov: "Yalan və hiyləyə "yox" deyirəm" - İslam həkim, sizdə bu peşəyə maraq nə zamandan yarandı?

- Mən altıncı sinifdə oxuyarkən anam xəstə idi. Həkim gəldi, onu müayinə etdi. O vaxtdan düşündüm ki, mən də həkim olacağam. Bu minvalla, məktəbi bitirdikdən sonra Dövlət Tibb Universitetinə daxil oldum və oranı fərqlənmə diplomu ilə bitirdim.

- Deyirlər ki, cərrah olmaq "şir ürəyi" istəyir. Bu, nə dərəcədə doğru deyimdir?

- Tamamilə doğrudur. Bəzən elə olur ki, əməliyyat zamanı cərrahın əli də əsir, bildiklərini də undur və s.  Mən ilk dəfə qardaşımı əməliyyat etmişəm. Yadımdadır ki, on dəqiqə tamam başqa aurada oldum.

- Bəs unuda bilmədiyiniz əməliyyat hansıdır?

- Bir xəstəmiz var idi. Onu on bir saat əməliyyat etdim. Onu unuda bilmirəm.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Son zamanlarda pasientlərdə həkimlərə qarşı bir aqressivlik müşahidə edirəm. Bunun nə ilə əlaqədar olduğunu bilmirəm, amma belədir. Hər halda, pasientlərdə yaxşı həkim axtarıb tapmaq ənənəsi qalıb.

- Ümumiyyətlə, pasientlərlə həkimlər arasında zaman-zaman narazılıqlar olur. Bu, nədən irəli gəlir?

- Mən həmişə demişəm ki, həkim Allah deyil. Həkim də insandır. Onun səhv etməyi qaçılmazdır. Bu baxımdan, həkimi hər hansı bir məsələdə anlayışla qarşılamaq lazımdır.

- Xaraket olaraq necə birisiniz?

- Sədaqətliyəm. Dostluğa önəm verirəm. Bir də ki, deyib-gülən biriyəm.

- Zaman-zaman o səmimiyyətdən istifadə sui-istifadə edənlər oldumu?

- Bəli, oldu.

- Nəyə "yox" deyirsiniz?

- Yalan və hiyləyə "yox" deyirəm.

- Əllərinizlə kifayət qədər insanlara sağlamlıq bəxş etmisiniz. Hərdən o əllərə baxanda nə düşünürsünüz?

- Allah bu əlləri və hər kəsi qorusun, deyirəm (gülür).

- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

- Bəli, zaman-zaman iştirak edirəm.

- Bütün cərrahi əməliyyatları icra edirsiniz, yoxsa?

- Xeyr, istisnalar var. Çünki elə əməliyyatlar var ki, ora ümumi cərrahın müdaxilə etməsi doğru deyil.

- Sizin üçün nə olmamalı idi, amma oldu?

- Mən deyə bilərəm ki, gələcəkdə övladım həkim olmaq istəsə, razı olmaram. Çünki bu peşə çox çətin və şərəfli bir peşədir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, hər xırda bir problemdən savayı xaricə gedib əcnəbi həkimlərə üz tutmasınlar. Bizim çox savadlı həkimlərimiz var. Onları dəyərləndirməyi bacrsınlar.

- Mən Hippokrat andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən indi əyləşdiyim yerdə olacağam.

Həkimlə əlaqə: (055) 6284151

Həkim-onkoloq, ümumi cərrah İslam Məmmədov: "Yalan və hiyləyə "yox" deyirəm"
Həkim-onkoloq, ümumi cərrah İslam Məmmədov: "Yalan və hiyləyə "yox" deyirəm"
Həkim-onkoloq, ümumi cərrah İslam Məmmədov: "Yalan və hiyləyə "yox" deyirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...