Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Cərrah fleboloq Afaq Zahidova: "Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur"

Tarix:8-09-2019, 17:34 Baxış Sayı:0

Cərrah fleboloq Afaq Zahidova: "Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur"
- Afaq xanım, hamiləlik zamanı varikoz barədə nə demək olar?

- Hamiləlik zamanı varikoz aktual məsələlərdən biridir. Ümumiyyətlə, xanımlarda varikoz xəstəliyini üzə çıxardan səbəblərdən biri də hamiləlikdir. Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur.  Belə ki, hamiləlik zamanı artmış progesteron hormonu uşağın inkişafı üçün uşaqlığın divarını boşaltdığı kimi damar divarina da təsir edir və nəticədə qanın daha cox depolanmasına ve damar divarinin genişlənməsinə səbəb olur. Bundan başqa, varikoza irsi meyllilik, hamilə vaxtı az hərəkətlilik, çəkinin artması və s. kimi hallar da varikozun əmələ gəlməsinə səbəb ola bilər.

- Bəs hamilə bir xanımda varikozun olub-olmadığını necə təsbit etmək olar?

- Yaxşı olar ki, hamiləlidən öncə müayinə olunsun və bu problem aradan qaldırılsın. Əgər bir xanımın anasında və ya atasında belə xəstəlik varsa, onda da varikozun yaranma ehtimalı var. Bu baxımdan, biz dopler müayinə aparırıq. Bəzən elə olur ki, xanımlarda hamiləlik vaxtı ayaqda şişkinliklər olur. Düzdür bunu təkcə varikozla əlaqləndirmək olmaz. Bəzən də ayaqda damarlar açıq-aydın görünmür. Hər halda, müayinələrdən sonra biz hamilə xanımda varikoz aşkarlasaq, ölçüyə uyğun trikataj təyin edirik ki, tromblaşmanın qarşısını alaq.

- Bəs varikozun müalicəsini necə aparırsınız?

- Hamiləlik dövründə yalnız trikatajdan istifadə edirik. Pasientə çox hərəkət etməyi, bol su içməyi və s. məsləhət görürük.

- Varikoz hamiləliyin gedişatına təsir edirmi?

- Əgər xanım trikatajdan istifadə etmirsə, uşağın çəkisi artdıqca, onun ayağındakı damarlar daha qabarıq görünəcək. Bundan başqa, hamiləliyim sona yaxın itirilmiş qanın bərpa olunması üçün qanın laxtalanması artır. Bu da tromblaşmaya gətirib çıxarda bilər. Ona görə də, xanımlara trikatajdan istifadə etməklərini məsləhət görürük.

- Hamilə xanımda varikoz varsa, onun dünyaya gətirdiyi körpədə də ola bilərmi?

- Əgər anada varsa və doğulan körpə qız uşağıdırsa, gələcəkdə onda varikozun olma ehtimalı əlli faizdir. Amma olmaya da billər. Əksər hallarda bu, qızlarda özünü biruzə verir.

- Sonda bu mövzü ilə əlaqədar nə demək istərdiniz?

- Məsləhət görürəm ki, varikozu olan hamilə xanımlar doğuşa ayaqlarında trilatajla daxil olsunlar. Varikoz olduğu halda, təbii doğuşdan qorxmasınlar. Hamiləliyi sonlandırıdqdan  sonra ilk altı həftə ərzində trikatajı çıxartmasınlar və mütəmadi olaraq müayinəyə gəlsinlər.

Həkimlə əlaqə: (070) 2229911

Cərrah fleboloq Afaq Zahidova: "Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...