Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Mammoloq-radioloq Günel Qəmbərova: "Tələbələrimə qəlbimi, pasientlərə ümidimi verirəm"

Tarix:5-09-2019, 22:34 Baxış Sayı:0

Mammoloq-radioloq Günel Qəmbərova: "Tələbələrimə qəlbimi, pasientlərə ümidimi verirəm" - Günel xanım, zaman adlı bir at sizi haradan götürüb hara gətirdi?

- Mən uşaq olarkən gələcəkdə  hüquqşünas, ya da tarixçi olmağı arzu edirdim. Lakin doqquzuncu sinifdə oxuyarkən atamın qeydlərindən ibarət bir gündəliyini tapdım. O, 1992-ci ildə itkin düşmüşdü. Atam öz gündəliyində məni gələcəkdə həkim görmək istədiyini yazırdı. Onu oxuyanda çox təsirləndim. Qəti qərara gəldim ki, həkim olacağam. Eyni zamanda, Tibb Universitetində dərs deyəcəyəm. Bu minvalla, Tibb Universitetinə hazırlaşdım. Hətta birinci il dörd balım çatmadı. Bakı Dövlət Universitetinə qəbul oldum. Valideynimin təkidi ilə dərsə gedib-gəlməyə başladım. Lakin bu, cəmi bir ay yarım davam etdi. Könüllü olaraq universitetdən çıxdım və yenidən Tibb Universitetinə hazırlaşdım. O zaman yalnız müalicə-proflaktika fakültəsini  qəbul bankında qeyd etmişdim, ora da daxil oldum. Tibb Universitetini fərqlənmə ilə bitirdim. Artıq üçüncü kursda oxuyarkən qərara almışdım ki, radioloq-mammoloq olacağam. Çünki çox yaxşı bir müəllimin əlinə düşmüşdüm. Üçüncü kursdan etibarən  Tibb Universitetində çalışan dəyərli müəllimim ,t.ü.f.d Nuru dr.Şahməmmədovun   yanında təcrübə keçdim. Daha sonra  Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri  İnstitunda, çox dəyərli bir insan ,t.ü.f.d, rentgenoloq Qiymət xanım Mürsəlovanın   yanında həkim internatura    keçdim. Ondan həm insanı dəyərlər, həm də boyük məktəb öyrəndim.  Rentgenologiyanin sirlərini öyrənməkdə hər iki ustadın üzərimdə əməkləri sonsuzdur. Heç zaman haqqları ödənilməz. Daha sonra öz məqsadimə çatdım, Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və terapiyası kafedrasına qəbul oldum.Təbii ki, tibb günbəgün inkişaf edir və mən də digər həkim kolleqalarım kimi, bu günə qədər oxuyur və ixtisasımla bağlı bir çox konfranslarda iştirak və çıxış edir, praktikamı artırmaq üçün digər ölkələrə də üz tuturam. 2011-2013-cü illərdə Moskva  şəhəri, Bloxin adına Elmi Tədqiqat  Onkoloji İnstitutda süd vəzi xəstəliklərini daha yaxından öyrənib, 2014cü ildə Samsun şəhəri 19mayis Universitetində uşaq Radioloji yaşının sirrlərini öyrənməyə çalışmışam.

Daha sonra isə süd vəzinin qeyri-şiş mənşəli xəstəliklərinin erkən diaqnostikası  ilə daha sıx məşğul olmağa başladım . Süd vəzi xərçəngi aktual bir mövzudur.  Bu barədə çoxsaylı məqalələrim yerli və xarici jurnallarda dərc olunur.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Mən 2007-cı ildə universiteti bitirmişəm. 2008-ci ildən həkim- müəllim kimi  Dövlət Tibb Universitetində çalışıram.Eyni zamanda, fəaliyyətimi uzun illər Avrasiya Klinikasında, Grand Hospitalda və Medera Klinikasında da davam etdirmişəm.

- Bir məqam diqqətimi çəkdi. Dediniz ki, uşaqlıqda hüquqşünas olmaq istəmisiniz. İndi də hansısa bir məhkəmənin qarşısından keçəndə içəriyə daxil olub, insanların haqlarını müdafiə etmək keçirmi ürəyinizdən?

- Mən bir dəfə məhkəmə zalında bir nəfəri müdafiə edirdim. Oradakı hakimin işinə vuruldum. İçimdə hüquq müdafiə etmək istəyi baş qaldırmışdı. Amma düşünürəm, nə yaxşı ki, atamın gündəliyini tapmışam və nə yaxşı ki, həkim olmuşam. Qeyd edim ki, mən tələbələrimi pasientlərimdən çox istəyirəm. Pasientlərim inciməsinlər (gülür).

- Sizin tələbələriniz də sizi çox istəyirlər. Sizcə, nədir bu sevginin arxasında yatan sirr?

- Bizim tələbələrimizin əksəriyyəti xarici ölkələrdə təhsillərini və fəaliyyətlərini davam etdirirlər. İnanın ki, onlar Bakıya gələndə mütləq bizimlə görüşürlər. Bizi unutmurlar. Ümumiyyətlə, mən tələbələrimlə səmimi olmağa çalışıram. Bəlkə də bu sevginin arxasında dayanan sirr elə budur. Öz ustad həkim müəllimlərimdən gördüyüm hörməti mən də çalışıram tələbələrimə qoya bilim.

- Bir misra yadıma düşdü... Bilmə, zəif qadın adın. Dərk et ki, gör, nədir qadın..?

- Qadın ilk növbədə, anadır. Anadırsa, cənnətdir qadın. Hər şey deməkdir qadın. Hər güclü kişinin arxasında ağıllı bir xanım dayanır. Bu fikirlə tamamilə razıyam.

- Qorxduğunuz nə idi ki, o da başınıza gəldi?

- Başıma nə gəlməlidirsə, çətinliklər olsa da aşmışam və bu gün keçmiş haqqında düşünmürəm. Həyat irəlidədir və etmək istədiyim hələ çox işlər var. Zaman ömür versə...

- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Sözün düzü, o boşluğa düşməmişəm. Amma bu zamanda sədaqətli insanları tapmaq çətindir. Şükürlər olsun ki, ətrafımda sədaqətli dostlarım var.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu andın məsuliyyəti, bu iş bu çətinliyi bu qədər çox olacaq. Şükürlər olsun ki, bu günə qədər o anda sadiq qalmağı bacardım. Sözsüz ki, hər həkim kimi mənim də səhvlərim olub. Amma zamanla öz üzərimdə işləyərək o səhfləri bir daha etməməyə çalışdım. Bundan sonra da daha yaxşı olacağına inanıram.

Həkimlə əlaqə: (050) 7512747

Mammoloq-radioloq Günel Qəmbərova: "Tələbələrimə qəlbimi, pasientlərə ümidimi verirəm"
Mammoloq-radioloq Günel Qəmbərova: "Tələbələrimə qəlbimi, pasientlərə ümidimi verirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...