Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"

Tarix:29-08-2019, 16:38 Baxış Sayı:0

Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"

- Aynur xanım, necə oldu ki, bu işə başladınız?

- Mən on altı il stilist-vizajist olaraq fəaliyyət göstərmişəm. Asudə vaxtlarımda bu işi də öyrənirdim. Təsəvvür edin ki, bu işi o qədər sevdim ki, 16 illik işimin üstündən birdəfəlik xətt çəkdim. Artıq beş ilə yaxındır ki, bu sahədə fəaliyyətimi davam etdirirəm.

- Dediniz ki, işinizi sevirsiniz. Nədir bu sevginin arxasında yatan sirr?

- Mən O zaman microbladingi öyrənmək istəyirdim, çox həvəsim var idi, o zaman bakıda bunu bacaran heç kim yox idi. Təsadüf nəticəsində Günay Dadaşovanı tapdım, o microbladingin yaradıcısı Branko Babicin Azərbaycandan olan ilk tələbəsi idi və ölkəyə yeni gəlmişdi. Onun sayəsində mən bu işə yiyələndim. Ömrümün sonuna qədər ona minnətdaram. Mənə bu işi daha da sevdirdi. Sonralar bu sahədə biliyimi təkmilləşdirmək üçün xarici ölkələrdə kurslara da qatıldım. İndi prosedur zamanı iynələrin bir-birinə dəydiyi zaman çıxan səsdən zövq alıram. Bəlkə də bu sevginin arxasında yatan sirr elə səsdir. Bir də ki, mən uşaq olarkən həmişə arzulayırdım ki, bu sahəyə gəlim. Məşhur biri olum. Amma 17 yaşımda ailə qurdum. Planlarım bir müddətlik təxirə düşdü. Amma şükürlər olsun ki, müəyyən vaxtdan sonra arzularıma çatdım. İndi istədiyim sahədə, istədiyim yerdəyəm.

- Tələbələriniz varmı?

- Bəli, tələbələrim çoxdur. Mən qrup şəklində yox, hər bir tələbə ilə individual olaraq çalışıram. Hər birinə işin ən incə məqamlarını aşılayıram və praktiki olaraq onların işləməyinə şərait yaradıram. Təəssüflər olsun ki, bəzi məşhur ustalar buna riayət etmirlər. Sanki öz bildiklərini tam şəkildə tələbəyə öyrətmək istəmirlər.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Bəli, alınır. Mənim üç övladım var. Yoldaşım məni anlayışla qarşılayır və mənə dəstək olur.

- Son zamanlarda xanımlar sizə daha çox hansı prosedurla bağlı müraciət edirlər?

- Mən bütün prosedurları mükəmməl bildiyimə görə, heç bir prosedur arasında fərq qoymuram. Məndən soruşanda ki, hansını məsləhət görürsünüz? Deyirəm ki, onlar mənim övladlarımdır (gülür). Övladlar arasında fərq qoymaq olmaz. Hər bir halda, təbiiliyə üstünlük verirəm.

- Çox zaman xanımların üz cizgiləri bir-birinə oxşayır. Sanki bir standartlaşma var. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bəli, düzgün vurğuladınız. Çünki bir qaş forması öyrənib hamıya onu tətbiq edirlər. Mən isə hər müştəriyə individual yanaşıram.  Əvvəllər vizajist işlədiyim üçün hansı üzə hansı qaşın yaraşdığını bilirəm. Ona görə də, mənim əl işlərim bir-birindən fərqlənir.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim əsas iş prinsipim heç kimi gözlətməməkdir. Müşətrilərin gecikməyini xoşlamıram. Dəqiq adamam.

- Bu sahədə bir rəqabət müşahidə etmisinizmi?

- Mənim kiminləsə rəqbətə girməyə vaxtım yoxdur. Bir də ki, Azərbaycanda bu sahədə mənə rəqib ola biləcək birini tanımıram.

- Sizcə, bir xanımın üz cizgilərini dəyişən hansı üzvdür?

- Qaş və burun üz ifadəsini çox dəyişir. Məsələn, mən elə qaş çəkə bilərəm ki, insan mülayim görsənə bilər. Yaxud da sərt görünə bilər. Hər üzün öz quruluşuna uyğun qaş düzəltmək lazımdır.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, bizim sahədə hər hansı bir proseduru etmək istəsələr, ucuzluğa aldanmasınlar. Ucuz prosedur etməkdənsə, etməsinlər. Yoxsa, sonra əlavə pul xərcləyib yaranmış problemləri aradan qaldırmağa məcbur olacaqlar.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən bu qədər irəli gedə bilərəm və uşaq ikən qurduğum xəyalları gerçəkləşdirə bilərəm.

Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
Microblading ve permanent ustası Aynur Allahverdiyeva: "İstədiyim sahədə, istədiyim yerdəyəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...