Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Həkim androloq Mahmud Mehdizadə: “Hepatitli xəstələrdə də sonsuzluq yarana bilər”

Tarix:13-03-2019, 13:14 Baxış Sayı:43

Həkim androloq Mahmud Mehdizadə: “Hepatitli xəstələrdə də sonsuzluq yarana bilər”
-Mahmud həkim, sonsuzluq nədir və hansı səbəblərdən yaranır?

- Ailə quran hər üç kişidən biri sonsuzluqdan əziyyət çəkir. Statistik rəqəmlərə görə, sonsuzluğun 40 faizi kişilərin, 40 faizi qadınların, yerdə qalan 20 faizi isə hər ikisinin payına düşür. Ailə quran cütlüklərin təxminən 15 faizində isə sonsuzluğun səbəbi aşkar olunmur. Sonsuzluğun bir çox səbəbləri var. Birincisi cinsi infeksiyalardır. Partnyorlatdan birində infeksiya varsa, digərinə də keçəcək. Kişilərdə bu infeksiya özünü sidik kanalının iltihabı formasında göstərir. Müalicə olunmadıqda, xayalara, xaya artımı vəzisinə keçir. Prostata keçəndə prostatit verir və onun müalicəsi nisbətən asan olur. Digər hallarda isə infeksiyalar özünü kəskin şəkildə biruzə verir. Məsələn, spermatogenez ( spermanın əmələ gəlməsi) prosesinə təsir edir və nəticədə sonsuzluq baş verir. Bu prosessləri bəzən geri qaytarmaq mükün olur, bəzən isə olmur. Sonsuzluğun digər səbəblərindən biri hormonal səbəblərdir. Beyində hipofiz adlı bir vəzi var ki, o, başdan-ayağa bütün hormonal sistemə nəzarət edir. Hipofiz üç hissədən ibarətdir. Orta və arxa pay bizim sahədə rol bir o qədər də rol oynamır. Biz əsasən, xəstələrdə infeksiyaları və hormonları yoxlayırıq. Hormonlara görə də, diaqnoz qoyuruq. Yoxladığımız hormonal vəzilərdən qalxanabənzər vəzinin adını çəkə bilərik. Sual yarana bilər ki, qalxanabənzər vəzi hara, kişi sonsuzluğu hara? Qalxanabənzər vəzi bütün maddələr mübadiləsinə nəzarət edən bir hormonal vəzidir. TSH adlı hormon var ki, birbaşa qaraciyərə təsir edir. Bir kişidə onun miqdarı qalxarsa, qaraciyərdə olan sekshormon birləşdirici qlobulinin miqdarı da artır. Onun miqdarı artıqda testesteronu özünə bağlayır və testesteronun qandakı səviyyəsi azalır. Nəticədə, kişilərdə cinsi zəiflik və sonsuzluq əmələ gəlir. Bundan başqa, artıq çəkidən əziyyət çəkən kişilərdə piy toxumaları nə qədər çox olarsa, bir o qədər də leptin adlı hormon çox olur və həmin hormon hipofiz vəzisinə təsir edir. Bu da sonsuzluq yaradan səbəblərdən biridir. Hepatitli xəstələrdə də sonsuzluq yarana bilər. Çünki hepatit virusu qaraciyərə təsir edir. Nətəciədə, bayaq adını çəkdiyimiz sekshormon birləşdirici qlobulinin miqdarı artır və eyni prosesslər baş verir. Ümumiləşdirsək, deyə bilərik ki, biz sonsuzluqla bağlı bütün hormonal pozğunluqları kompleks şəkildə yoxlayırıq. Sonsuzluğu əmələ gətirən digər səbəblərdən biri də varikoseldir. Varikosel venoz şəbəkənin durğunluğudur. Bu da kişilərin hansısa bir ekstrimal şəraitdə işləməsindən, ağır yük qaldırmaqlarından və yaxud da aldıqları bir travmadan əmələ gələ bilər.

- Bəs siqaret, spirtli içkilər və s. sonsuzluğun yaranmasına nə dərəcədə təsir edir?

- Bu vərdişləri olan insanlarda mütləq sonsuzluq yaranacaq deyə bir qayda yoxdur. Sadəcə olaraq, spirtli içki və siqaretdən çox istifadə edən insanlarda sonsuzluğun yaranma riski var. Eyni zamanda kimyəvi maddələr istehsal edən zavodlarda çalışan və əsəbləri zəif olan insanlarda da sonsuzluğun yaranma riski var.

- Ən çox rast gəlinən problemlərdən biri də uşaqlarda xayanın enməməsidir. Bu barədə nə demək istərdiniz?

- Bəli, elmdə kriptorxizm adlanır bu xəstəlik. İki növü var. Həqiqi və yalançı. Yalançı olduqda xayalar gah qasıq kanalında olur, gah da xayalığa enir. Həqiqi olduqda isə daimi olaraq qasıq kanalında qalır. Bir də ektapiya var (xayaların qarın boşluğunda olması). Normalda, hamiləliyin doqquzuncu ayında xayalar qasıq kanalından keçib xayalığa enməlidir. Ektapiya olduqda isə xayalar xayalıqda yox, başqa yerlərdə olur. Bu baxımdan, oğlan uşaqların dünyaya gəldiyi ilk on günlükdə xayaları müayinə olunmalıdır.

- Son olaraq, sonsuzluğun müayinəsindən danışaq...

- Biz ilk öncə gözlə pasientlərin kürəyinədəki, qollarındakı tükləməyə baxırıq, xayaların və penisin ölçüsünü yoxlayırıq. Daha sonra isə prostatı və xayaları ultrasəs vasitəsilə dopler müayinə edirik. Son olaraq, pasienti labaratoriya müayinəsinə göndəririk. Onun spermasının ümumi analizinə və hormonal sisteminə kompleks şəkildə baxırıq. Tomplanmış anamnezə uyğun olaraq diaqnoz qoyuruq.

Həkim androloq Mahmud Mehdizadə: “Hepatitli xəstələrdə də sonsuzluq yarana bilər”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...