Anons

Bu gün, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Dünən, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Dünən, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Dünən, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

Dünən, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Dünən, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

Haqqımızda Əlaqə

Dr. Fəxri Quliyev: “ Sidik yollarında tıxaca səbəb olan daş ən təhlükəlisidir”.

Tarix:25-09-2018, 13:21

Dr. Fəxri Quliyev: “ Sidik yollarında tıxaca səbəb olan daş ən təhlükəlisidir”.
- Haradan haraya gəldiniz?

- 2007-ci ildə Tibb Universitetini bitirmişəm. 2007 – 2008-ci ildə Respublika Klinik Xəstəxanasında fəaliyyətə başlamışam. 2008-2009-cu ildə Rastov Tibb Universitetinin uralogiya kafedrasinda həkim uroloq, 2010-2011-də Qazi Univeritetinin Tibb fakültəsi - uralogiya kafedrasında , 2011-2016-cı illərdə Milli Onkologiya Mərkəzində fəaliyyət göstərmişəm. 2016-ci ildən Medical Plazada çalışıram.

- Son zamanlarda pasientlərdə ən çox hansı xəstəliklərə rast gəlirsiniz?

- Böyrək daşı xəstəliyi bizdə geniş yayılmış bir xəstəlikdir. Endemik zonalarımızda – Şəki, Gəncə, Zaqatalada sidik daşı daha çox yayılıb.

- Bu daşları əvvəllər türkəçarələrlə də müalicə edirdilər. İndi də həmin üsuldan istifadə edənlər varmı?

- Sidik daşı xəstəliyinin uroloq tərifindən diaqnoz qoyulub müalicə olunması şərtdir. Daşın ölçüsü və yerləşmə mövqeyinə görə müxtəlif müalicə üsulları var. Hazırda daşların düşürülməsi daha çox əməliyyatla icra edilir. Türkəçarələr yalnız dəstək yönümlü müalicə vasitəsi ola bilər. Hər halda, həkim məsləhəti və nəzarəti ilə.

- Bəs daşların əmələ gəlmə səbələri hansılardır?

- Tam olaraq səbəbi bilinmir. Bir çox faktorlar var. Bu xəstəliyə daha çox quru iqlim zonalarında rast gəlinir. Maddələr mübadiləsinin pozğunluğu, qalxanabənzər ətraf vəzilərin hormon pozğunluğu, xroniki sidik infeksiyaları, “D” vitamini çatışmazlığı və s. amillər sözügedən xəstəliyin yaranmasına zəmin yaradır. Onu da qeyd edim ki, böyrək daşı xəstəliyi uşaqlarda da geniş yayılıb.

- Bu xəstəlik üçün müəyyən bir yaş həddi varmı?

- Xeyr, bu xəstəlik körpələrdən tutmuş 70-80 yaşa qədər insanlarda yarana bilər. Yaşlı adamlarda durğunluqdan, körpələrdə isə sidik yolu anomaliyalarından dolayı əmələ gələ bilir. Eyni zamanda müxtəlif dərman preparatlarınnı həddindən çox istifadə olunması, “C” vitaminin lazım olduqdan çox təyin olunması və s. kimi hallar da bu xəstəliyə gətirib çıxardır.

- Ən təhlükəli daş növü hansıdır?

- Kalsium oksalad daşları daha çox rast gəlinən daş növüdür. Bəzən deyirlər ki, daşın ölçüsü böyükdürsə, daha çox ziyanlıdır. Bu, yalnış düşüncədir. Hətta bir santimetrlik daş böyrəkdən çıxışa mane olarsa, daha çox ziyan vurmuş olar. Bir sözlə, daşın ölçüsü təhlükə mənbəyi hesab edilmir. Daşın tərkibi yox, sidik yollarında tıxaca səbəb olan daşlar daha təhlükəli hesab olunur. Bir sözlə, daşın ölçüsündən ziyadə, böyrəyin fəaliyyətini zəiflətmək baxımından daşın lokalizasiyası önməlidir.

- Sidik daşı xəstəliyinin əlamətləri hansılardır?

- Xəstələr daha çox bel nahiyyəsindəki küt ağrılarla bizə müraciət edirlər. Böyrək sancısı doğuşdan sonra ən şiddətli sancıdır. Amma bəzən insanlar buna laqeyd yanaşırlar. Həkimə gec müraciət edirlər. Bu da xəstəliyin daha da artmasına səbəb ola bilir.

- Bəs elə ola bilərmi ki bu xəstəlik heç bir əlamətlə özünü biruzə verməsinz?

- Böyrək kasa ləyən sistemindən ibarətdir. Bəzən daşlar lal şəkildə orada olur. Ona görə də altı aydan bir müayinədən keçmək lazımdır.

- Daş nə qədər zaman kəsiyində sidik kanalına düşə bilər?

- Uzun zaman böyrəkdə qala bilər. Hansısa bir çalxalanma, yaxud sidikqovuculardan istifadə etdikdə və s. kimi hallarda daş tərpənə bilər. Daşın ölçüsü böyük olduqda düşmə ehtimalı az olur. Ümumiyyətlə, yeddi milliyə qədər daşları dərmanla salmaq ehtimalı var.

- Ümumiyyətlə, daha çox hansı üsullara üstünlük verirsiniz?

- Günümüzdə daha çox qapalı əməliyyatlara, bildiyimiz lazerlə olan əməliyyatlara üstünlük veririk. Açıq əməliyyatlardan, demək olar ki, istifadə olunmur. Çünki açıq əməliyyatdan sonra xəstənin sosial və əmək fəaliyyətini bərpa etməyi uzun çəkir. Qapalı əməliyyatdan iki-üç gün sonra xəstə evə buraxılır və maksimum bir həftə ərzində əmək fəliyyəti bərpa olunur. Həm də qapalı əməliyyat keçirdən pasientlərdə yenidən daşın əmələ gəlmə ehtimalı az olur.

- Sonda daş əməliyyatından çıxan xəstələrə nə demək istərdiniz?

- Daş əməliyyatından çıxan xəstələrdə daşın əmələ gəlmə riski xəstə olmayan insanlara nisbətən çoxdur. Ona görə də onlara müxtəlif pəhrizlər məsləhət görürük. Mütəmadi olaraq həkim nəzarətində olmalarını tapşırırıq. Gün ərzində ən azı iki litr maye qəbul etmək, duzlu və turş qidalardan, eləcə də, tünd kofe və şokoladdan mümkün qədər az istifadə etmək məsləhət görülür. Sitrus meyvələrindən çox istifadə etmək tövsiyə edilir. Ümumiyyətlə, daş əməliyyatından çıxan xəstələrin daşları tərkibi öyrənilmək üçün daş müayinəsinə göndərilir və ona uyğun pəhriz təyin edilir.

Dr. Fəxri Quliyev

İnstaqram - dr.fexriquliyev
Facebook- Dr F#xri Quliyev
Tel 0552131110
@mail: [email protected]

Dr. Fəxri Quliyev: “ Sidik yollarında tıxaca səbəb olan daş ən təhlükəlisidir”.
Dr. Fəxri Quliyev: “ Sidik yollarında tıxaca səbəb olan daş ən təhlükəlisidir”.
Dr. Fəxri Quliyev: “ Sidik yollarında tıxaca səbəb olan daş ən təhlükəlisidir”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...