Anons

Bu gün, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Dünən, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Dünən, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Dünən, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

Dünən, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Dünən, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

Haqqımızda Əlaqə

Dr.Anar Quliyev: " Kantakt linzaları məsləhət görmürəm".

Tarix:9-09-2018, 13:20

Dr.Anar Quliyev: " Kantakt linzaları məsləhət görmürəm".
- Fəsil, hava dəyişikliyinin gözə nə kimi təsiri var?

- Hava şəraitinin dəyişməsi gözdə bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. Məsələn, keratit, özəlliklə də virus keratiti xəstəliyi kəskinləşir. Çünki, hava şəraiti dəyişir, immunitet dəyişir və bu xəstəliklər təkrar meydana gəlir. Amma, onu da qeyd edim ki, bu xəstəlik artıq son illər Azərbaycanda xeyli azalmışdır ki, bu da ölkəmizdə tibbin inkişafı və mütəxəssislərin ixtisaslarını artırması ilə əlaqədardır.

- Katarakta mirvari suyu xəstəliyinin səbəbləri nələrdir?

- Katarakta xəstəliyinin bir çox səbəbləri var. Bunlardan ən çox rast gəlinən qocalıq kataraktasıdır. İnsan yaşa dolduqca dəridə qırışlanma və digər dəyişikliklər kimi, gözdə olan billur da bulanıqlaşır və katarakta əmələ gəlir.
Bundan əlavə şəkərli diabet xəstələrində olan katarakta olur, travma nəticəsində olur, bəzən anadangəlmə də olur, özəlliklə hamiləlik dövründə xanımların keçirdiyi bir çox xəstəliklər zamanı da katarakta yarana bilir. Bəzən də zob xəstələrinin qəbul etdiyi bəzi hormonal preparatlar nəticəsində də katarakta əmələ gəlir.

- Kataraktanın müalicə üsulu varmı?

- Kataraktanı yalnız əməliyyat yolu ilə aradan qaldırmaq mümkündür.

- Katarakta yarandığı vaxtdan, xəstə özü tədbir görmədiyi təqdirdə hər hansı fəsadları, yaxud gecikmə risqi ola bilərmi?

- Bəli, katarakta yarandısa, inkişaf edən prosesdir. Gözdəki büllur bulanır, sonra başqa proseslər başlayır. Şişə bilər, gözdaxili təzyiq arta bilər, Bülluru gözə bağlayan bağların qopmasına gətirib çıxara və digər fəsadlara yol aça bilər ki, bu da korluq ilə nəticələnə bilər.

- Kantakt linzalar barədə nə deyə bilərsiniz?

- Kantakt linzaları hətta, optik olaraq belə məsləhət görmürəm. Çünki, 25 illik iş təcrübəmdə kantakt linzaların ağırlaşmalarının dəfələrlə şahidi olmuşam. Uzun müddətli iş fəaliyyətimdə azı 10 xəstənin kantakt linzalardan istifadə edərək kor olmasını görmüşəm. Görməni yaxşılaşdırmaq üçün istifadə olunan linzalar nə qədər mükəmməl olsa belə, yenə də göz qişasının oksigenlə nəfəs almasını əngəlləyir. Ona görə də yaxşı olar ki, görməni yaxşılaşdırmaq üçün eynəklərdən istifadə edilsin. Amma, estetik olaraq isə ümumiyyətlə qəbul edilməzdir. Çünki, kantakt linzalar buynuz qişanın üzərinə möhkəm yapışmır və göz hərəkət etdikcə, linza da hərəkət edir və hərəkət etdikcə onu zədələyir.

- Son zamanlar uşaq və yeniyetmələrdə gözdə el arasında "xal" dediyimiz qara nöqtələrə tez-tez rast gəlinir. Bu hər hansı bir təhlükəli xəstəliyin göstəricisi ola bilərmi?

- Gözdə xal bir neçə cür ola bilər. Bəziləri gözün içində ola bilər, qüzehli qişanın üzərində, bunun sklerasında ola bilər. Bunların bəziləri tamamilə ziyansız, təhlükəsiz, bəziləri isə ağır xəstəliklərin ilk əlamətləri ola bilər. Ona görə də belə hallar müşahidə olunduqda oftalmoloqa müraciət edilməli və dəqiq müayinə olunmalıdır. Ölçülməli, aralıqlarla müşahidə olunmalı, əgər artırsa və şəklində dəyişikliklər baş verirsə, damarlanması dəyişirsə müalicə olunmalıdır.

- Bildiyimiz kimi, indi ınternet dövrüdür və bu dövrdə istifadə olunan müasir telefon, kompüter və bu kimi digər texnologiyaların gözə nə kimi ziyanı var?

- Siz adlarını çəkdiyiniz müasir texnologiyalarda şüalanma yoxdur, onların gözə bu cür ziyanı var ki, uzun müddət göz qırpımadan onlara diqqətlə baxırıq və göz qırpması olmadığı üçün göz tənbəlliyi olur, bu isə gözdə quruluq əmələ gətirir.

- Bəs kitab oxumağın göz üçün ziyanlı, yaxud xeyirli tərəfləri varmı?

- Kitab oxumağın göz üçün heç bir zərərli tərəfi yoxdur, çünki kitab oxuyan zaman gözlərimizi normal qırpırıq. Sətirlərin üzərində göz hərəkət edir, oxuyur və beyinə ötürür deyə göz tənbəlliyi olan xəstələrə kömək edir.

- Qlaukoma xəstəliyi nədən yaranır və bunun müalicəsi varmı?

- Buna səbəb genetik olması ola bilər, bir çox xəstəliklərin nəticəsi ola bilər, gözün özünün mövcud olan xəstəliklərdən sonra ikincili başlamış qlaukomalardır. Amma, birinci yerdə genetik xəstəliklər dayanır. Qlaukoma xəstəliyi vaxtında aşkar edilib, müalicə olunarsa, xəstənin uzun müddət yaxşı görməsinin təminatı ola bilər. Tam müalicəsi isə mümkün deyil.

- Fəsil dəyişikliyi dövründə izləyicilərimizə tövsiyyələriniz nə olardı?

- Mən məsləhət görərdim vitaminli, kalorili, immunitet üçün xeyirli qidalar, meyvə-tərəvəzlər qəbul etsinlər.

- Balıq yağının gözə nə kimi faydaları var?

- Balıq yağının tərkibində omega 3 var ki, bu da gözün torlu qişada görmə prosesində iştirak edən bir maddədir. Amma, hesab edirəm ki, onu yalnız ehtiyac olduğu halda qəbul etsinlər. Orqazmin ehtiyacı olmayan qidanı qəbul etməyin gərəksiz olduğunu düşünürəm.

Tel: (+99450)347-90-07
Facebook: Dr. Anar Quliyev.
Instagram: dranar_kuliyev

Dr.Anar Quliyev: " Kantakt linzaları məsləhət görmürəm".
Dr.Anar Quliyev: " Kantakt linzaları məsləhət görmürəm".
Dr.Anar Quliyev: " Kantakt linzaları məsləhət görmürəm".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...