Anons

Bu gün, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Dünən, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Dünən, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Dünən, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

Dünən, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Dünən, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

Haqqımızda Əlaqə

Dr.Coşqun Məmmədov: " Yaz-payız fəslində insult olmaq riski artır"

Tarix:10-09-2018, 12:30

Dr.Coşqun Məmmədov: " Yaz-payız fəslində insult olmaq riski artır" - Doktor, özünüzü izləyicilərimizə tanıdın zəhmət olmasa.

- 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirmişəm. Sonra bir il Neyrocərrahiyyə xəstəxanasında internatura keçmişəm, daha sonra Ukraynada Kiyev şəhərində Ramadanov adına Neyrocərrahiyyə institutunda iki il klinarnatura keçmişəm, aspirantura keçmişəm. Ümumilikdə 5 il Ukraynada olmuşam. Oradan sonra Amerikaya getmiş və orada 6 ay kurs keçmişəm, sonra bir ay Rusiyada, üç ay Türkiyədə kurslar keçmişəm. Bütün bunlardan sonra vətənə qayıdaraq artıq ixtisaslaşmış həkim olaraq Azərbaycanda çalışıram.

- Əməliyyat üçün müraciətlər hansı problemlərin daha çox olduğunu göstərir?

- Müraciətlər fərqli olur. Əsasən insult keçirmiş passientlərdir. Hansı ki, onlarda müxtəlif dərəcədə dəyişikliklər olur. Məsələn, bəziləri beyin qansızması nəticəsində, bəziləri beyin damarlarının tutulması nəticəsində, işemik insult keçirmiş passientlərdir. Onların hər birinin də fərqli şikayətləri olur. Adətən, əlində, qolunda zəiflik, yerişin, danışığın pozulması, bəzən də huşun pozulması olur.

- Sadaladığınız fəsadları cərrahiyyə üsulu ilə tam aradan qaldırmaq mümkündürmü?

- Ümumiyyətlə dünyanın heç bir yerində, heç bir xəstəliyi yüz faizli (100%) nəticə ilə müalicə etmək mümkün deyil, o ki, qaldı insult xəstəliyi. Nəticələr dünyanın hər yerində 60-80 faiz arasında dəyişir. Ümumiyyətlə, insult xəstəliyində ölüm faizi yüksəkdir. Biz də ən müasir müalicə üsulları ilə 60-80 faiz müsbət nəticə əldə etmək üçün çalışırıq. Əlimizdən gələni edirik ki, yaşadıqları müddətdə həyatlarını normal davam etdirsinlər, təkcə həyatda qalmaq şərt deyil. Həkim insan sağlamlığının keşikçisidir, biz insanları sevməliyik, sevirik, sevdiyimiz üçün də onların sağlamlığı üçün hər şeyi düşünürük və bütün bacarıqlarımızdan istifadə edirik. Onların fiziki hərəkətlərini 60-80 faiz əldə etməsinə çox vaxt nail oluruq.

- İnsultun yaranma səbəbləri nələrdir?

- Səbəblər çoxdur. Əsasən qan təzyiqinin yüksəlməsi, müxtəlif zərərli vərdişlər, şəkərli diabet, ürək xəstəlikləri və.s. bunlar hamısı insultun yaranmasına birbaşa təsir edən səbəblərdir.

- Beyin-damar xəstəliklərini əməliyyata getmədən aradan qaldırmaq mümkündürmü?

- Biz ilk növbədə çalışırıq ki, əməliyyatsız müalicə edək. Lakin, bəzi hallarda əməliyyat lazım olur.

- Neçə ildir cərrah peşəsində çalışırsınız?

- 2008-ci ildən. Artıq, 10 ildir.

- Uğurlu əməliyyatlarınızın kifayət qədər olduğunu bilirik, bəs bu müddət ərzində uğursuz əməliyyatınız olubmu?

- Uğursuzluq hər peşədə qaçılmazdır ümumiyyətlə. Ömürdə bir dəfə də olsa, mütləq olur. Eləcə də bizdə. Şükürlər olsun ki, bu hal çox təsadüf hallarda olur. İstənilən sahədə təcrübə çoxaldıqca, uğursuzluq ehtimalı azalır, amma heç vaxt sıfıra düşmür.

- Uğursuzluqlar hansı səbəbdən baş verir sizcə?

- Uğursuzluqların səbəbi həm xəstələrin gec müraciət etməsi, həm də ümumiyyətlə xəstəliyin ağır xəstəlik qrupuna olması və müalicə dövründə fəsadların çox olması ilə əlaqədardır.

- Əməliyyatdan sonra hər hansı tövsiyyələriniz olurmu?

- Bəli müəyyən pəhrizlər tövsiyyə edirik, əgər hər hansı bir difsit qalıbsa, fizioterapiya tövsiyyə edirik, müəyyən qan durulducu dərman preparatları var, hansı ki, ömrü boyu qəbul etmələrini tövsiyyə edirik, təzyiqi normada saxlamaq üçün müəyyən dərman preparatları var, onları tövsiyyə edirik. Təzyiq xəstəliyi (hipertoniya) elə bir xəstəlikdir ki, ömrü boyu lazımi dərman preparatları qəbul ediməlidir.

- Mövsüm dəyişikliyi dövründəyik. Bu mövsümdə izləyicilərimizə tövsiyyələriniz nədir?

- Ümumiyyətlə yaz, payız fəslində insult olma riski artır. Fəsil dəyişir və bu səbəbdən təzyiq oynayır. Ona görə məsləhət görərdim ki, qan təzyiqlərinə qarşı çox diqqətli olsunlar, təzyiq dərmanlarından istifadə etsinlər, bundan əlavə Həkim-kordioloqlar ilə sıx əlaqədə olsunlar. Çünki, insultun səbəbləri əsasən kordioloji problemlərdən yaranır. Kordioloji xəstəliyi olanlar isə mütləq müalicə alsınlar ki, daha büyük problemlər ilə üzləşməsinlər.

Tel: (+99455)614-69-37
E-mail: [email protected]
[email protected]
Facebook: Neyrocerrah Coshqun Memmedov.
Instagram: #drcoshqunmemmedov

Dr.Coşqun Məmmədov: " Yaz-payız fəslində insult olmaq riski artır"
Dr.Coşqun Məmmədov: " Yaz-payız fəslində insult olmaq riski artır"
Dr.Coşqun Məmmədov: " Yaz-payız fəslində insult olmaq riski artır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...