Anons

Dünən, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28-03-2020, 12:36- “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib

28-03-2020, 10:46- Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI

25-03-2020, 21:31- Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin sədri Rizvan Talıbovun Müraciəti

25-03-2020, 20:04- Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı - RƏSMİ

25-03-2020, 19:25- Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

25-03-2020, 12:33- Mübariz Mənsimovun ortağı Levon Termenciyan ABŞ-da həbsə məhkum edildi

24-03-2020, 20:00- Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO

24-03-2020, 19:45- Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO

24-03-2020, 14:13- Koronavirus səbəbindən ölənlərin sayı 16 568-ə çatıb.

24-03-2020, 10:02- ''Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

23-03-2020, 21:20- Son dəqiqə! Azərbaycanda sabahdan karantin elan edilir

22-03-2020, 22:12- Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ

22-03-2020, 16:22- “Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

20-03-2020, 15:04- Nərmin Şahmarzadənin atasından sensasion açıqlamalar: “Mən gizlənirəm...”

19-03-2020, 17:27- “Nar+” tətbiqini yüklə və hədiyyə qazan!

19-03-2020, 17:11- Avstriya radiosu Azərbaycana bağlı silsilə verilişlər yayımlayacaq

19-03-2020, 16:52- Zakir Həsənov hərbiçiləri təbrik etdi

19-03-2020, 16:38- Uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb – BAŞ PEDİATR

Haqqımızda Əlaqə

Aygün Surəzər: “ Kişilərin gözləri kordur”

Tarix:6-09-2018, 12:08

Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
- Aygün xanım, haradan haraya gəldiniz?

- Şəhriyar adına musiqi məktəbindən başladım və oxuya-oxuya gəldim. Bir ara fasilə verdim, amma indi yenə də sənətdəyəm.

- İndi olduğunuz yerdən razısınızmı?

- Tam razı deyiləm. Amma şükür bu günə. İnanıram ki, qısa zamanda istədiyim yerdə olacağam, inşallah.

- İstədiyiniz yerdə olmaq üçün sizə nə mane olur?

- Maddiyat. Çünki istədiyim qədər reklama pul xərcləyə bilmirəm.

- Öz əlinizlə baltalanmısınızmı?

- Bəli, inandığım insanların yanında danışdığım bir söz sonradan məni “baltalayıb”.

- Təsirə salırsınız, yoxsa düşürsünüz?

- Salıram.

- Nə ilə təsirə salırsınız?

- Səmimiyyətim, görünüşüm və cazibəmlə.

- Görünüşünüzdə sizi nə qane etmir?

- Hər şey qane edir. Eyibsiz gözəl yoxdur, deyirlər. Amma mənim eyibim eyibsiz olmağımdır.

- Sizcə, ən cazibədar yeriniz haranızıdr?

- Gözlərim.

- Bəs boynunuzdan aşağı?

- 60-90-60 olmağım.

- Özünüzü sonuncu dəfə haçan ölçmüsünüz?

- Üç ay bundan öncə.

- Niyə ailə qurmamısınız?

- Ailə qurmaq baxımından kişilərə güvənmirəm.

- Özünüzə kişi gözü ilə baxanda nə görürsünüz?

- Ümumiyyətlə, mən deyərdim ki, kişilərin gözləri kordur.

- Özünüzü dərk edənən bu yana qədər nəyi dərk etdiniz?

- Həyatı dərk etdim. Yaxş ilə pisi ayırd etdim.

- Nəyi şamla axtarırsınız?

- Çıxış yolu.

- Azmısınız ki?

- Azmamışam, amma istədiyim qapını açmağın yolunu axtarıram.

- Deməli, qıfılı o yandan olan qapılar çoxdur...

- Bəli, hal-hazırda çoxdur.

- O nədir ki, siz ona doğru gedirsiniz, lakin o sizdən qaçır.

- Bəxtim.

- Bəxtinizə küskünsünüz?

- Bir az elədir. Çünk indi yaxşı insanların çörəyi daşdan çıxır.

- Qabağa getmək üçün arxadan itələnmək lazımdır?

- Əlbəttə, lazımdır.

- Sizi arxadan itələyən var?

- İtələnməmişəm. Mənə bir təkan verən olmayıb.

- Özünüz istəməmisiniz, ya necə?

- Gələn təkliflərə birmənalı olaraq “yox” demişəm.

- Yastığınıza kişi nəfəsinin dəyməməyi sizi yormur?

- Əslində bu barədə narahat deyiləm. Amma bəzən insan yorulur.

- Nə olmalı idi, amma olmadı.

- Bəxtim gözəl olmalı idi, amma olmadı.

- Kaş ki gözüm kor olardı, onu görməzdim. Kimi?

- Kaş ki gözüm kor olardı, bir zamanlar sevdiyim insanı görməzdim.

- Sevginiz alınmadı?

- Alınmadı.

- Başqa nə alınmır?

- İnsanlarla səmimiyyət. Səmimi olduqca səndən sui-istifadə edirlər.

- Azad seksə münasibətiniz necədir?

- Çox yaxşıdır. Seksdə sərhəd yoxdur.

- Yağışdan çıxıb yağmura düşmüsünüzmü?

- Düşmüşəm, özü də çox islanmışam.

- Nə qədər zərbə almısınız?

- Saysız-hesabsız.

- Sonuncu dəfə ən böyük zərbəni kimdən almısınız?

- Yaxın bir dostumdan.

- Nə sizdən ötüb ona dəydi?

- Mənə qarşı kim tələ qurursa, məndən ötüb onun özünə dəyir.

- Quş qanadsız uçmaz, deyiblər. Qanadınızın qırıldığı məqamlar olubmu?

- Onu o vaxt deyiblər. İndiki quşlar qanadsız da uçurlar (gülür).

- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Hal-hazırda maddiyat və səmimiyyət.

- Özünüzlə çəkib apara bilmədiyiniz “yük” hansıdır?

- Allah mənə çəkə biləcəyim qədər yük verib.

- Bir daş altda, bir daş üstdə nədir?

- Sözlərim.

- Sizi yandırıb-yaxan nədir?

- İstedasız insanların nəyinsə gücünə özlərinə yer tapmaqları.

- Əliniz kişi əlinə dəyməyib heç?

- Əlbəttə, dəyib.

- Baxışlarınızla “tor”a sala bilirsiniz?

- Bu mövzuda özümə yüz faiz arxayınam.

- Şəhvət “qurban”ı olmusunuzmu?

- Bəli, olmuşam.

- Dönüb geriyə baxanda nə görürsünüz?

- Tər-təmiz uşaqlığımı.

- Şübhətə tez-tez düşürsünüz?

- Xeyr, şübhə olan yerdə Aygün yoxdur. Bacardığım qədər ağlımla ürəyimi idarə edə bilirəm.

- Saxladığınız “saman”ın zamanı gəlibmi?

- Hələ gəlməyib, amma səbr-kasam daşmaq üzrədir. Mənim barəmdə danışanlara qarşı istifadə edəcəyəm o samanı.

- Mən axı haradan biləydim ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Mən axı haradan biləydim ki, güvənimin, sevgimin qurbanı olacağam.

Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
Aygün Surəzər: “ Kişilərin gözləri kordur”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...