Anons

Bu gün, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Dünən, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Dünən, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Dünən, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

Dünən, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Dünən, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

Haqqımızda Əlaqə

Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"

Tarix:29-08-2018, 14:03

Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
- Aynur xanım, haradan başlayıb haraya gəldiniz?

- Maliyyə sahəsi üzrə təhsil almışam. Bank sektorundan başlayıb turizmdə dayandım. Sonuncu iş yerim kinoteatr olub. Hal-hazırda öz travel şirkətimi yaratmışam. Bu sahədə çalışmaq arzum idi.

- Tək başına şirkət qurub onu idarə etmək çətin deyilmi?

- Çox çətin və məsuliyyətli bir işdir. Amma mən çalışıram ki, öhdəsindən gəlim.

- Bu qədər iş yeri dəyişməyinizin səbəbi nə olub?

- Mən həmişə yenilik və fərqlilik axtarmışam. Bu baxımdan özümü hər sahədə sınamaq istəmişəm. Heç vaxt yerimdə saymamışam. Həmişə daha da yüksəlmək arzusunda olmuşam. Məsələn, turizm sahəsində də əvvəl başqa bir şirkətdə işçi olaraq çalışırdım. Nəyahət, öz şirkətimi qurdum.

- Bu sahədə axıra qədər çalışacaqsınız?

- Həyatın işini bilmək olmaz. Amma bu sahəni çox sevirəm və hələ ki, işimi başqa bir işlə əvəz etmək niyyətim yoxdur.

- Hal-hazırda kifayət qədər travel şirkətləri var. Onlarla rəqabətə girə bilirsinizmi?

- Rəqabət həmişə var. Əsas odur ki, sağlam rəqabət aparılsın.

- Sizin üstünlüyünüz nədədir?

- Bizim üstünlüyümüz şəhərin mərkəzində yerləşməyimizdir. Azərbaycan hava yollarının kassası ilə üzbəüz yerləşirik. Orada növbə sıxlığı yaşananda vətəndaşlar bizim şirkətə üz tuturlar.

- Maliyyə sahəsini bitirdiyinizi dediniz. Bəs niyə o sahə üzrə çalışmadınız?

- O sahə maraqlı olduğu qədər də yorucu sahədir. Belə baxanda indiki işim də haradasa maliyyə ilə bağlı olan işdir (gülür).

- Sizin həm də aparıcı olmaq arzunuz olub...

- Bəli, olub. Amma vaxtında bir təkan olmadı və arzum ürəyimdə qaldı. Bəlkə də haçansa gerçəkləşər.

- Ailə qurandan sonra da işinizi davam etdirəcəksiniz?

- Bəli. Mənim ailə quracağım adam mənim işimi qəbul edib hər mənada mənə dəstək olmalıdır.

- Bu işdə nəsə itirdinizmi?

- İtirmədim. Hələ ki, qazanıram. Amma hər an itirmək riski də var.

- Bu işlərdə çalışdıqca nə əldə etdiniz?

- İnsanları tanıdım. Amma hələ də bu mövzuda yanılıram. Sui-istifadələrlə çox rastlaşıram.

- Nəyi vaxtında etmədiniz?

- Kaş ki öz biznesimi daha əvvəl qurardım. Bir az gecikmişəm.

- Şirkətiniz dünyanın hansı ölkələri ilə əməkdaşlıq edir?

- Dünyanın bütün ölkələri ilə əməkdaşlıq edirik.

- Bəs bu sahədə boşluq nədir, sizcə?

- Daxili travel şirkətlərinə tələbatın az olması.

- Mən yaxşı bilirdim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən yaxşı bilirdim ki, nə vaxtsa öz işimi quracağam və daha da irəli gedəcəyəm. Arzuma çatdım.

Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
Aynur Hüseynova: "Heç vaxt yerimdə saymamışam"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...