Anons

Bu gün, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Dünən, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

Dünən, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Dünən, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

Dünən, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

Dünən, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

Haqqımızda Əlaqə

Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".

Tarix:28-08-2018, 12:56

Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
- Xəyalə xanım, haradan haraya gəldiniz?

- Artıq 13-14 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Həm məktəbi, həm də Tibb Universitetini fərqlənmə ilə bitirdim.Ginekologiya üzrə klinik ordinatiraya daxil oldum. Bir sıra kurslarda iştirak etdim. Əlavə olaraq, Rusiyada ixtisaslaşmışam. Bizim işimiz ginekologi xəstəliklər və uşaqlarda rast gəlinən ginekologi problemlərin həllidir. Uşaq dedikdə, tək yeniyetmə qızlar yox, yeni doğulmuş uşaqlardan tutmuş 17-18 yaşa qədər fərdlər nəzərdə tutulur.

- Uşaq ginekologiyası üzrə Azərbaycanda başqa mütəxəssis varmı?

- Xeyr, ilk mütəxəssis mənəm.

- Bu sahədə ən çox müşahidə etdiyiniz problemlər hansılardı?

- Yeni doğulan uşaqlarda anadangəlmə anomaliyalar həddindən artıq çoxdur. Bundan başqa, yeni doğulanlarda vaqinal qanamalar müşahidə olunur. Düzdür, bu hal çox yayqın olmasa da, yenə də belə problemlərlə müraciət edənlər var. Normalda 12-13 yaşlarında cinsi inkişfaf olur. Amma təəssüf ki, bu həddə çatmamış da qızlarda vaqinal qanamalar müşahidə olunur. Buna görə də, valideynlər bu dövrdə qanama müşahidə etdikdə dərhal ginekoloqa muraciət etməlidirlər.

- Bəs bu qanamalar nədən yaranır?

- Bətndaxili inkişaf prosessində anadan bəzi hormonların qız uşağının qanına keçməsi və 4-6 həftə ərzində dövr etməsi qanama ilə nəticələnir. Əgər 4-6 həftə ərzində qanama dayanmazsa, mütləq bir tədbir görülməlidir. Bundan başqa, 1-2 yaşlarda sinixiyalar, 3 yaşdan 13-14 yaşa qədər iltihabi xəstəliklər və s. müşahidə edirik. Digər problemlərdən biri isə cinis inkişafın vaxtından qabaq getməsidir. Məsələn, bir çox halda 8-9 yaşında cinsi inkişafa rast gəlirik. Bu da sonradan sonsuzluğa gətirib çıxardır. Digər neqativ hal isə cinsi inkişafın ləng getməsidir. Biz 15-16 yaşında bu problemli aşkar edib tədbir gördükdə, bir növ həmin xanımın gələcəkdə ana olmasını təmin etmiş oluruq. Folikistik yumurtalıq sindiromu da ciddi problemlərdən biridir. Bu problemli olanlar 16-17 yaşında ikən bizə müraciət etdikdə iki-üç aya müalicə edirik. Yox, əgər müraciət gecikərsə, müayinə və müalicə işi çətinləşir.

- Erkən cinsi inkişafın qarşısını necə almaq olar?

- Bəzən 4-5 yaşlı uşaqlarda tüklənmə müşahidə edirik. Onlarda menstrual axıntını ilkin əlamətləri olur. Biz onda hormonal müayinə aparırıq. Buna əsasən, müalicə metodu seçirik və ilkin diaqnozu qoyuruq. Müalicəyə erkən başalayanda nəticəsi ürəkaçan olur. Gecikmə olduqda istədiyimiz nəticəni əldə edə bilmirik.

- Xəyalə xanım, uşaq ginekologiyasının təbliği ilə bağlı hansı işləri görürsünüz?

- İnşallah, yaxın gələcəkdə belə bir planımız var və inanırıq ki, buna nail olacağıq. Hal-hazırda bu sahəyə dair ədəbiyyat üzərində işləyirik. Tibb Universitetində də bu sahəni sistem halına gətirmək niyyətindəyik.

- Gənc qızlarda erkən yaşda müəyyən ginekoloji problemlərin yaranmasına valideynlər bəzən biganə yanaşırlar. Bu barədə nə demək istərdiniz?

- Tamamilə doğrudur, bizdə mentalitetə görə qız uşaqlarınınhəkimə müraciət etməsi qəbul olunmur. Rusiyada uşaq ginekoloqu da ayrı fəaliyyət göstərir. Analar bu işdə diqqətli olmalıdırlar. Kliniki əlamət verməyən xəstəliklər var ki, onu ancaq ultrasəs müayinəsi nəticəsində aşkarlayırıq. Məsələn, uşaqlığın normadan kiçik olması gələcəkdə sonsuzluğa gətirib çıxardır. Biz onu 18 yaşında müəyyən etsək, müdaxilə edə bilirik. Uşaqlığın ölçüsünü artırırıq. Amma iyirmi beş yaşında müraciət etdikdə heç nə edə bilmirik.

- Xanımlarda müşahidə etdiyniz xəstəliklər daha çox nə ilə bağlı olur.

- Ən çox sonsuzluqla rastlaşırıq. Sonsuzluğa gətirib çıxardan xəstəliklərdən biri də polikistik yumurtalıq sindiromudur. Bu baxımdan, biz 15-16 yaşında müayinələr aparırırq və problemi vaxtında həll edirik. Ciddi problem olarsa, bunu aval drininq dediyimiz cərrahi əməliyyatla aradan qaldırırıq və yumurtalığı əvvəlki vəziyyətə qaytarırırq. İki-üç aydan sonra xanım hamilə qalır.

- Son zamanlarda xanımlarda müşahidə olunan infeksiyalarda danışaq…

- Bəli, xanımlar bizə yandırma, qaşıntı və s. hallarla müraciət edirlər. Biz ilk öncə uşaqlıq boynunu yoxlayırıq. Orada hər hansl bir qızartı, erroziyanın olub-olmamasına baxırıq. Ümumiyyətlə, yaşı 21-I keçmiş xanımlar ildə bir dəfə müayinədən keçməlidirlər. Əgər uşaqlıq boynunda hüceyrə dəyişikliyi varsa, papsmer müayinəsi aparılır. Bununla da uşaqlıq boynunun xərçəngə tutulmasının qarşısını almış oluruq.

- Barəsində danışdığımız infeksiyalar yalnız cinsi yolla keçirmi?

- Bəzi infeksiyalar ancaq cinsi yolla keçir. Bəzən isə ginekoloji müayinələr zamanı hansısa bir alətin təmiz olmamasından da qaynaqlanır. Başqa növ infeksiyalar isə immun sistemin aşağı olması ilə yayıla bilər.

- Xanımlar bəzən qeysəriyyə əməliyyatına üstünlük verirlər. Buna münasibətiniz necədir?

- Təbii ki, təbii yolla doğuş daha yaxşıdır. Zərurət olduqda hallarda biz özümüz xanımlara qesəriyyə ilə əməliyyatı təklif edirik. Xanımlar təbbi doğuş sancısını çəkməkdə qorxduqları üçün qeysəriyyə əməliyyatından istifadə edirlər. Amma düşünürəm ki, bu yöndə maariflənmə daha da çox aparılısa, xanımlar təbii doğuşa üstünlük verərlər.

- Hamiləliyin hansı dövründə döl tələf edilə bilər?

- Hamiləlik dövründə yeddi dəfə müayinə olunmalıdır. Əvvəlcə dölün uşaqlıq daxilinə düşüb-düşmədiyi yoxlanılır. Altıncı həftədə uşağın ürək döyüntüsünə baxırıq. Daun sindiromuna, viruslara, hipotite görə sidik azanlizi verilir və ümumi hamiləlik müddətində dopler müayinə aparılır. Hər dəfə bir xəstəlik inkar edilir və sonda çanağın ölçüləri ölçülür. Nəhayət, qərar verilir ki, doğuş təbii yolla olsun, ya qeysəriyyə yolu ilə. Ümumiyyətlə, hamiləlik boynunda hər dövrün rast gəlinəcək xəstəlikləri və ağırlaşmaları ola bilər. Ona görə də doqquz ay boyunca qadın tək özünü yox, həm də uşağını qorumalıdır.

- Ümumilikdə sizi narahat edən məsələ nədir?

- Xəstələr praflaktik müaricətlər etmirlər. Yalnız xəstə olduqları təqdirdə həkimlərə üz tuturlar. Bu da sonradan problemlər yaradır. Heç olmasa ildə bir dəfə praflaktik müayinədən keçmək lazımdır.

- Bir həkim olaraq demək istəyirəm ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Bir həkim olaraq demək istəyirəm ki, xanımlarımız özlərinə dəyər versinlər və öz sağlamlıqlarını hər şeydən üstün tutsunlar.

Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
Ginekoloq Xəyalə İsmayılova: "Ən çox sonsuzluqla rastlaşırıq".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...