Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

Bakıda keçiriləcək “Formula 1”in tribunalarında çox az yer qalıb - MÜSAHİBƏ

Tarix:4-04-2018, 16:55

Bakıda keçiriləcək “Formula 1”in tribunalarında çox az yer qalıb - MÜSAHİBƏ Aprelin 27-29 tarixləri arasında Bakı şəhərində 3-cü «Formula 1» Azərbaycan Qran Prisi keçiriləcək. Hazırda Bakı şəhərində "Formula 1" yarışlarına hazırlıq sürətlə gedir. Modern.az görülən işlərlə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə söhbətləşib.

- Bakıda 3-cü “Formula 1” yarışlarına hazırlıq gedir. Bu Qran Pridə hansı yeniliklər gözlənilir?

- Bizim ümumilikdə 3-cü Qran Priyə hazırlıqlarımız gedir. Əsas dəyişikliklərimiz sırf əyləncə proqramları ilə bağlıdır. Bizim trasın quruluşu dəyişmir, hər zaman olduğu kimi Bakı Şəhər Halqasıdır (BŞH). Yarışlar 6 km-lik BŞH-da keçiriləcək. Lakin əyləncə proqramı hər il daha maraqlı, daha zəngin olur. Bu il də hər zaman olduğu kimi, əyləncə hissə Bulvarda olacaq – Dəniz limanından Azneft meydanına qədər. Bununla yanaşı, bizim əsas qonaqlarımız Kristina Aqilera, “Jamiroquai” musiqi qrupu və Dua Lipa olacaq. Lakin onlardan başqa məşhur DJ-lər xüsusi konsert proqramı ilə çıxış edəcəklər. Çalışırıq ki, əyləncə hissəsini daha zəngin edək. Bu il Bulvar ərazisində çoxsaylı şoular, əyləncə proqramları olacaq. Tək simulyatorlar, oyun zonaları yox, ayaqüstü əyləncələr də olacaq.

- 2016-cı ildə ilk dəfə Bakıda “Formula 1” Qran Prisi keçiriləndə yəqin ki, müəyyən çatışmazlıqlar olub. Həmin çatışmazlıqlar aradan qalxıb?

- Biz çalışırıq ki, hər il avtoidman həvəskarlarının, fanatların sayını artıraq. Bunun artdığının şahidi oluruq. Bundan başqa, biz bu il fərqliliyə imza ataraq regionlara çıxdıq. Bir ay ərzində 6 regionda simulyator çempionatı keçirdik, həmçinin Avtomobil Federasiyası ilə birlikdə yol hərəkəti qaydaları üzrə təlimlər də təşkil etdik. Lənkəran, Quba, Qax, Füzili, Şirvan və Mingəçevirdə bizim xüsusi avadanlıqları olan maşınımız vasitəsilə simulyator çempionatı keçirdik. 1200-ə yaxın gənc bu çempionatlarda iştirak etdi, ümumilikdə isə 2000-dən çox adam bizim bu layihənin iştirakçısı oldu. Bu baxımdan çalışırıq ki, yalnız Bakını yox, regionları da əhatə edək. Ona görə deyə bilərik ki, həvəskarların sayı artır.

- “Formula 1” pilotları arasında azərbaycanlı yoxdur. Buna marağı artırmaq üçün nələr etmək lazımdır?

- “Formula 1” pilotunu yetişdirmək çox uzun və kompleksli bir prosesdir. Bizim hazırda “Formula 1”də heç bir pilotumuz yoxdur. Tək biz deyil, bütün dünyada istedadlı pilotlar var, amma “Formula 1” mərhələsinə keçmək o qədər də asan şey deyil. Azərbayanlı pilot Gülhüseyn Adullayev “Formula 3” və da digər yarışlarda iştirak edir. “Formula 1” pilotları bu işə çox erkən yaşlarından başlayırlar, kartinqlərə qatılırlar, yarışlarda iştirak edirlər. Adətən avtodromu olan, kartinqləri olan ölkələrdə daha çox şans var ki, orda gənclər “Formula 1”ə gəlib çıxa bilsinlər. Pilotların xüsusi maliyyələşdirilməsi, sponsorları olmalıdır. Ümid edirik ki, kartinqlər olarsa, bizdə də avtoidmana həvəs artarsa, nə zamansa “Formula 1”də yarışmağa qadir olan bir gəncimiz yetişəcək. İnkidi mərhələdə hələ ki yoxdur.

- Əvvəlki illərlə müqayisədə bilet satışlarında artım varmı? Daha çox hansı ölkələrdən maraq göstərirlər?

- Biletlərlə bağlı hələ məlumat verə bilmirik, çünki bilet satışları hazırda da intensiv davam edir. Onu qeyd edə bilərik ki, tribunalara biletlər artıq satılmaq üzrədir, çox az yer qalıb. Biletlərə ölkə xaricindən də maraq çoxdur. Rusiya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan və sair ölkələrdən bilet alanların sayı çoxdur. Azərbaycam vətəndaşları da ilk onluğa daxildir.

- “Formula 1” Azərbaycana nə qazandırdı?

- Mənim fikrimcə bunu sübut etməyə heç bir ehtiyac yoxdur, əvvəlki illərdə bunu gözümüzlə görmüşük. Ölkədə tursitlərin sayı günü-gündən artır, burda da “Formula 1”in önəmli rolu var. “Formula 1” dünyanın 200-dən çox ölkəsində izlənilir. Canlı olaraq 500 milyona yaxın insan bu yarışları izləyir. Bu yarış Azərbaycanın adını bir daha dünya ölkələri arasında ön sıralara çıxardı. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən “Formula 1” yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş “Formula 1” yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Ümumilikdə isə bu, dünyada tanınmaqdır, prestijdir, turizmin inkişafı və ölkəyə dolayı və birbaşa gəlirdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...