Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

“Bəzən autizmli uşağı olan valideynlər intihara əl atırlar” – Psixoloqla MÜSAHİBƏ

Tarix:2-04-2018, 16:42

“Bəzən autizmli uşağı olan valideynlər intihara əl atırlar” – Psixoloqla MÜSAHİBƏ 2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür. Bizim ölkədə bu aksiyaya qoşulanlar sırasındadır. Mütəxəssislər bu sindromdan danışarkən xəstəliyi daşıyan uşaqlarla yanaşı onların valideynləri ilə də psixoloqların işləməsini vacib sayırlar.

Əsas səbəb budur ki, ata və ana ömür boyu övladına nəzrət etməli, onu gözündən kənar qoymamalıdır, bir sözlə təmkinli yanaşmalıdılar. Psixoloq-psixoterapevt Xanım Niftəlyeva da Modern.az saytına bu sindroma yanaşmanın fərqliliklərindən danışıb.

- Autizmlə bağlı ekspertlər danışanda ilk olaraq belə bir fikir irəli sürür ki, bu uşaqlarla mütləq psixiatrlar, psixoloqlar çalışmalıdır. Bu uşaqlar digər pasiyentlərdən nə ilə fərqlənir? Ümumiyyətlə onlarla psixoloqlarn çalışması nə dərəcədə effekt verir?

- Autizm uşaqlıq dövrünün 2-3 yaşından sonra ortaya çıxan bir narahatlıqdır. Uşağın danışmasının gecikməsi, göz təmasını qura bilməməsi, beyin inkişafının gecikməsi kimi simptomlarla müşahidə olunur. Metabolizmanın pozulması da müşahidə olunur. Autizm inkişaf etməmiş bir beynin inkişaf edən bir beynin etdiklərini edə bilməməsidir. Necə ki, bir uşaq əvvəlcə iməkləyib sonra yeriməyə başlayır. Autizm olan uşaqlarda sosial bacarıqlar, ünsiyyətdə çətinlik çəkmə özünü göstərir. Burda ən çox diqqət çəkən məqam odur ki, qız uşaqları ilə müqayisədə oğlan uşaqlarında daha çox bu simptoma rast gəlinir. Yəni 1-in 4-ə olan nisbəti kimi götürmək olar bunu. Bu cür uşaqlarla işləmək normal pasientlə işləməkdən çətindir. Bu uşaqlarla yalnız psixoloqlar deyil, defektoloqlar, loqopedlər məşğul olmalıdır. Hətta onların daxilindəki xüsusi bacarıqları üzə çıxarıb məşğul olmaq lazımdır. Onların sadəcə daxilindəki potensialı üzə çıxarıb inkişaf etdirmək lazımdır.

- Bu uşaqlarla işləyəndə onların sizə adekvat cavabları nə olur? Valideynlərə nə məsləhət görürsünüz? Onlar hansı problemlərlə üzləşə bilərlər?

- Qeyd etmək istərdim ki, uşaqların valideynləri ilə də məşğul olmaq lazımdır. Çünki ilk travmanı alan valideynlər olur. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, bizdə cəmiyyət autizm sindromlu bir uşaq görəndə onlardan qaçmağa, ehtiyat etməyə, qorxmağa başlayır. Onlar vəhşi deyil, dəli deyil, qatil deyillər. Onlar da bizdən biridirlər. Sadəcə fərqlidirlər. Hər birimiz kimi onların da bu cəmiyyətdə haqqı var. Əyləncə məkanlarından, parklardan, teatr və kinolardan istifadə etməyə haqları ar. Bəzən müşahidə edirəm ki, çoxu autizm deyəndə onu yoluxucu xəstəlik kimi, hər hansı bir öldürücü xəstəlik kimi başa düşür. Autizmli uşaqların ata-anasını görəndə sanki yazığı gəlmiş kimi onlara münasibət yaranır, yaxud da onlardan çəkinib, ehtiyat edirmiş kimi münasibət yaranır.

Bu da bizdə maariflənmənin, autizm sindromu haqqında məlumatın az olmasından irəli gəlir. Ötən Ramazan ayında bizim autizm sindromlu uşaqlarla görüşümüz oldu, iftar süfrəsi təşkil etdik. Ordan valideynlərin gözündə cəmiyyətin onların övladını qəbul etməsinin sevinci oxunurdu. Amma yenə də həmin tədbirin televiziyalarda işıqlandırılması ilə bağlı soruşurdular. Çünki onlar heç kimin övladlarının autizmli olmasını istəmirlər. Bu da cəmiyyətin qınağından irəli gəlir. Ona görə də mən ailələrə, xüsusi ilə analara onu demək istərdim ki, autizmli övladınız varsa, ilk növbədə özünüz psixoloji cəhətdən sağlam, güclü olmalısınız. Ətrafı deyil, özünüzü, övladınızı düşünməlisiniz. Çünki o cür uşaqlar sevgi, qayğı ilə bəslənməlidir. Psixoloqla keçirilən bir neçə saatdan əlavə, valideyn özü də evdə övladının psixoloqu olmalıdır. Onlarla xüsusi məşğul olmalıdır, qayğı, diqqət, nəvaziş göstərməlidir. Beyinlə əlaqəli xəstəlik olsa da, bağırsaq pozğunluqları da olur. Ona görə də onların xüsusi dietaya ehtiyacı var.

- Autizm sindromuna tutulan insanlardan ətrafa qarşı hər hansı neqativ hərəkətlər gözlənilirmi? Onlara qarşı ehtiyatlı olmaq lazımdır, yoxsa necə?

- Onlar bəzən öz aləmlərinə qapılır. Deyirlər ki, onları cəmiyyətə adaptasiya etmək lazımdır. Amma cəmiyyətdə onlar qeyri-adi hərəkət edən anormal kimi görünə bilərlər. Axı onların hərəkəti sığortalanmayıb. Autizmli uşaqlar vəhşi deyil, onlardan qorunmaq lazım deyil. Biz onlara nə qədər qucaq açsaq, nə qədər sevgi versək, nə qədər qayğı göstərsək, onlar da öz daxillərindəki potensialı, gücü ortaya çıxarıb daha yaxşı nəticələr ortaya qoyacaq. Bu həm müalicəvi, həm də cəmiyyətdə özlərini formalaşdırmaq baxımından müsbət təsir göstərəcək. Hətta bəzən autizmli uşağı olan valideynlər depressiyaya düşür. Bəzən intiharı da düşünürlər.

Tarixə nəzər saldıqda bəzi dahilərin, tarixi şəxiyyətlərin də autizmdən əziyyət çəkdiyinin şahidi olacağıq. Bunu nəzərə alıb öz övladımızın da gələcəkdə dahi şəxsiyyət olacağını düşünək. Övladımıza psixoloji, sosioloji yardım göstərməyə çalışaq. Autizmin bir xəstəlik olmadığı, bu sindromlu uşaqların fərqli biri olduğu başa düşülür.

- Bir psixoloq bütün sahələrlə məşğul ola bilər?

- Bəzən psixoloqların əksəriyyəti pasient azlığından, ya hər hansı bir səbəbdən bütün psixologiyanın sahələri ilə məşğul olduqlarını, bacardıqlarını deyirlər. Amma mən deyərdim ki, bu heç bir qaydaya uyğun deyil. Həm etik baxımından, həm də psixologiyanın özünün sahələri var. Ailə terapiyası, cinsəl terapiya, autizm sindromu, daun sindromu ilə məşğul olan terapistlər var, həmçinin də panik attak, depressiv hal, nevrozlar, fobiyalar var. Bunların hamısı ilə bir psixoloq məşğul ola bilməz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...