Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

Arif Babayevlə ad günü MÜSAHİBƏSİ

Tarix:20-02-2018, 13:42

Arif Babayevlə ad günü MÜSAHİBƏSİ Bu gün xalq artisti, məşhur xanəndə Arif Babayevin doğum günüdür. Onun 80 yaşı tamam olub.
Xanəndə 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb.
Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə alıb.

- Arif müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır. Arif Babayev doğum gününü necə keçirir?

- Doğum günüm əla keçir. Vallah qohum-əqraba, balalarım-hamı bir yeri yığışıb qeyd edirik. Çox elə təmtəraqlı bir şey istəmirəm. Uşaqlarımla, nəvələrimlə evdə birlikdə keçirmək yetər mənə. İndi də Azərbaycan Milli Konservatoriyasına çağırıblar, doğum günümü qeyd etmək üçün ora gedirəm. Axşam da evimizdəyəm.

- Prezidentin sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edildiniz.

- Dövlətin rəhbərliyi sağ olsun. Xalqım var olsun hər zaman. Bu baxımdan mən sizə, dinləyicilərimə, xalqıma borcluyam.

- Bir aşıq mahnısında deyildiyi kimi “50-ni aşırdım, 100-ə nə qaldı” . Arif müəllim, 80 yaşınız tamam oldu. Qocalmaq sizi qorxutmur ki?

- Nə danışırsınız, mən əksinə, sevinirəm ki, zamanları, illəri ötmüşəm. Həyatımı dolu-dolu yaşamışam. Pisi də, yaxşını da görmüşəm.

- Bəs o dediyiniz illər necə ötdü?

- Mənim taleyimdə çox çətin günlər də olub, yaxşı günlər də. Ən gözəl günlərim bəlkə də indidir. Amma hələ də bir ağrımız var. O da Qarabağdır. Qarabağ ürəyimizdən çıxmır və çıxmayacaq da.

- Adətən yaş artdıqca, insanların fikirləri kimi səsi də dəyişir. Əvvəlki illərlə müqayisədə ifalarınız fərqlənirmi?

- Vallah, mən 80 yaşındayam. Buna baxmayaraq, hələ ki babatam. Səsim də yerindədir. Düzdür, cavanlar kimi deyil, amma şükür ki, var.

- Cavanları vurğuladınız. Siz həm də Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdirisiniz, pedaqoq kimi fəaliyyət göstərirsiniz. Gənclərlə münasibətiniz necədir?

- Əla. Gənclər bizim gələcəyimizdir. Onlar bu baxımdan hər kəs üçün örnək olmalıdır. Ürəklə, canla-başla gənclərlə çalışıram.

- Sözünüzə qulaq asırlar?

- Təbii ki. Necə qulaq asmaya bilərlər?

- Siz muğam müsabiqələrində münsif kimi iştirak etmisiniz. Necə düşünürsünüz, indiki muğam ifaçıları qənaətbəxşdirmi?

- Gənclərimizi hər zaman alqışlamışam. Biz onları bacardığımız qədər öyrətməyə çalışırıq. Ona görə də bugünkü ifaçıların yaxşı olduğunu deyə bilərəm. Məsələn, mən razıyam. Tələbələrimin hamısı mənə çox hörmətlə yanaşır. Qarşılığında dediyim kimi, müəllim olaraq canla-başla onlara öyrədirəm. Uşaqlara həm də öz balam kimi yanaşıram.

- Özünüz hansı ifaçılara qulaq asırsınız?

- Əvvəla, indiki gənclərin ifalarını dinləyirəm. Digər tərəfdən də böyük sənətkarlarımız var. Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov və bu kimi gözəl xanəndələrimizin hamısına qulaq asıram.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...