Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR

Tarix:15-02-2018, 10:49

Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR – Ramal, nece oldu ki, müğənni oldun?

– Biz 2002-ci ildə Rusiyada yaşayırdıq. Onda mənim hələ on yaşım var idi. O zamanlar Tarkanın “Dudu” mahnısı və klipi işıq üzü görmüşdü. Məndən böyük bacım və qardaşım artıq onu tanıyırdılar. Mənim bu sahəyə marağım olduğuna görə maraqlanmağa başladım. Tarkanın kasetlərini, disklərini aldım. Biz 2003-2004-cü illlərdə Azərbaycana gəldik. O zamandan bu günə qədər bu sənətlə məşğul oluram.

– Kimdənsə dərs almısanmı?

– Bəli, təxminən yeddi aya yaxın Respublikanın xalq artisti Samir Cəfərovdan fərdi olaraq vokal dərsi almışam.

– Sən hal-hazırda tam olaraq şou-biznesə daxil olmaq istəyirsən… Bu yolda sənə maneə olan nəsə varmı?

– Şükür Allaha ki, belə bir sıxıntım yoxdur. Bəzi müğənnilər bu sahədə mal-mülklə gündəmə gəlmək istəyirlər. Amma əsas səs və sənətdir. Mən də bu baxımdan özümə az-çox güvənirəm. Ümid edirəm ki, bundan sonra da heç bir problem yaşamaram.

– Şou-biznes nümayəndələri arasında həmişə bir qısqancləq hökm sürüb. Sən özünə qarşı belə qısqanclıqlar hiss etmisənmi?

– Bəli, arxamca iş çevirmək istəyənlər var.

– Onlara necə cavab verirsən?

– Öz sakitliyimi qorumaqla və sənətimi göstərməklə.

– Şou-biznesdə pərəstiş etdiyin müğənni varmı?

– Xeyr, yoxdur.

– Niyə? Sənətləri yoxdur?

– Bəzilərinin heç sənəti yoxdur. Sənəti olanlara da hörmətlə yanaşıram, amma heç kimin pərəstişkarı deyiləm.

– Sənə bu sahədə barmaqla göstərilənlərdən olmaq üçün nə qədər zaman lazımdır?

– Vallah, mən bu barədə dəqiq bir söz deyə bilmərəm. Biz öz işimizi görürük. Qalanı isə publikanın öhdəsində olan bir məsələdir.

– Şou-biznesdə səni qane etməyən nədir?

– Bizdə bayğılıq çoxdur. Əksər mahnılarda və filmlərdə sünilik var.

– Amma nəzərə alaq ki, həmin bayağı dediyimiz mahnılar el şənliklərində daha çox səsləndirilir və həmin müğənnilər o mahnıların vasitəsilə pul qazanırlar…

– Əlbəttə, heç nəyə səthi yanaşmıram. Ola bilər ki, gələcəkdə mən özüm də o səpkidə mahnılar oxuyum. Heç kəs gələcəyindən sığortalanmayıb. Sadəcə olaraq, həmin bayağı mahnıların da “ucuz”u və “bahalı”sı olur (gülür).

– Sənə bu sənətdə maliyyə dəstəyi göstərən kimdir?

– Atamdır.

– Artıq neçə ildir ki, sənətlə peşəkarcasına məşğulsan?

– Beş ilə yaxındır.

– Bu beş il ərzində nə etmisən?

– İki klipim, altı şəxsi mahnım var. Onun dördünü Türkiyədə oranjeman etdirmişəm. Çalışmalarımız davam etməkdədir.

– Gələcəkdə xarici ölkələrdən hansınasa üz tutub oranın şou-biznesinə qoşulmaq kimi bir iddian varmı?

– İnşallah, Türkiyə şou-biznesinə qoşulmaq barədə düşünürəm. Həm də onlarla bir iş birliyini planlaşdırıram. Hal-hazırda orada “müzik yapım” şirkətinin rəhbəri olan Kamal Aslanla danışıqlarınız da məhz bu istiqamətdə gedir.

– Ailəlisən?

– Xeyr, 25 yaşım var, subayam. Bu sənətlə evlilik həyatını eyni anda aparmaq bir az çətin məsələdir. Ona görə də işlərimi tam qaydasına salmayana qədər evlənməməyə qərar vermişəm (gülür).

– Nə istəyirsən, amma alınmır?

– Şükürlər olsun ki, indiyə qədər istədiyiç hər şey alınıb.

– Nəyə “yox” deyə bilmirsən?

– Ailə üzvlərimə bu sözü deyə bilmirəm.

– Sizin nəslinizdə səndən başqa incəsənət nümayəndəsi yetişibmi?

– Bəli, hal-hazırda ata tərəfdən bir qohumum da bu sahədə fəaliyyət göstərir.

– Müğənniliyin çətin tərəfi nədir?

– Xarici ölkələrdən fərqli olaraq, bizdə müğənniyə, xüsusən də, gəcnlərə dəstək çıxmaq əvəzinə çox müzakirəyə qoyurlar və “yıxıb-sürüməyi” xoşlayırlar. İşin çətin tərəflərindən başlıcası budur, məncə.

– Sən özün dəflərlə verilişlərdə olmusan. Sənətdə sözünü demiş orta və yaşlı nəslin nümayəndələrinin sənə qarşı münasibəti necə olub?

– Hər birinin reaksiyası mənə qarşı yaxşı olub. Hətta Manaf Ağayevlə bir verilişdə olanda, o, mənə çox dəstək oldu. Belə hallar mənim timsalımda hər bir gənc müğənni üçün həvəsləndirici bir haldır.

– Mənim ağlıma da gəlməzdi ki,.. ardını özün tamamla, zəhmət olmasa.

– Kənardan incə görünən incəsənətin içərisində yaxşı sənətçilərdən başqa, çirkin insanlar da olacaq.

Söhbətləşdi: Cavidan Abdullayev.

İnstegram:@ramalfamil

Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR
Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR
Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR
Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR
Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR
Gənc müğənni Ramal Famil: “Bəzilərinin heç sənəti yoxdur”.+FOTOLAR




скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...