Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

Sevinc Akifqızı: "Çəkici vaxtında vurmuşam"

Tarix:29-01-2018, 18:26

Sevinc Akifqızı: "Çəkici vaxtında vurmuşam" - Sevinc xanım, haradan hara gəldiniz?

- Zərdab rayonunda ziyalı ailəsində dünyaya gəlmişəm. Musiqiyə marağım uşaqlıq illərimdən olub. Hələ o vaxt "istedad sorağında" adlı layihə vasitəsilə istedalı uşaqları seçirdilər. Məni də rəhmətlik Şövkət Ələkbərova "Bakı" və "Nargilə" mahnıları ilə seçmişdi. Lakin sonralar ailəm bu sənətlə məşğul olmağıma icazə vermədi. Orta məktəbi bitirdikdən sonra 693 balla jurnalistika fakültəsinə daxil oldum. Oranı bitirdikdən sonra bir neçə mətbu orqanda çalışdım və Sevinc Akifqızı imzası ilə tanındım.

- Neçə yaşında ailə qurdunuz?

- Çox erkən yaşlarımda ailə qurdum.

- Belə tez ailə qurmağınıza görə peşmansınızmı?

- Peşman deyiləm, çəkici vaxtında vurmuşam (gülür).

- Həyat yoldaşınız sizim müğənnilik etməyinizi necə qarşılayır?

- Əvvəllər məni lap çox qısqanırdı. Amma zaman keçdikcə gördü ki, mən içimdəki oxumaq hissimi boğa bilmirəm. Hara gedirəmsə, oxuyuram. Ona görə də son üç-dörd aydır ki, Allah elə bil onun qəlbinə rəhm salıb. İcaze verir oxumağıma.

- Geyim baxımından kompleksiniz varmı?

- Bəli, var. Mən efirlərə çox qısa geyimdə çıxmaxın qəti surətdə əleyhinəyəm. Damarımızda azərbaycanlı qanı axır. Bu məsələlərə ciddi fikir vermək lazımdır. Geyimlə özünü reklam etmək yox, əsl sənət göstərmək lazımdır. Mən dəfələrlə verilişlərdə aparıcı-şairə kimi ekspert qismində iştirak etmişəm. Vaxt olub ki, qısa da geyinmişəm. Amma hər şeyin bir həddi var.

Sevinc Akifqızı: "Çəkici vaxtında vurmuşam"


- Şou-biznesdə səni qane etməyən nədir?

- Bayaq dediyim kimi, gündəmə geyimlə yox, yaxşı və yaddaqalan mahnılarla gəlmək lazımdır. Baxın görün, bizim nə qədər sevilən klassik mahnılarımız var ki, bu gün də dinlənilir və hələ də dəbdən düşməyib.

- Sizi ən çox narahat edən nədir?

- İnsanların əziyyətlə yaşamaqları, çətinliklə "daşdan pul çıxardmaqları".

- Hansı insanlara qibtə edirsiniz?

- Ağıllı və savadlı insanlara.

- Romantiksiniz?

- Romantiklik cavanlıqda qaldı (gülürük). İndiki zamanda bir sevgi ki internet üzərindən qurulur, onda hansı romantikadan söhbət gedə bilər?!

- Atdığınız hər "ox" hədəfə dəyib?

- Çox vaxt dəyib. Çünki mən "ox"u boş yerə atmıram.

- Nə tez olmalı idi, amma gecikdi?

- Bu sənətə vaxtında gəlməli idim.

- Bədən quruluşunuzdam razısınızmı?

- Şükürlər olsun, kompleks yaradan heç nəyim yoxdur. Nə var, özümüdür.

- Yatsanız, yuxunuza nə girməzdi?

- Yatsam, yuxuma da girməzdi ki, anamı belə tez itirərəm.

- Əlinizdən nə gəlmir?

- Demək olar ki, hər şey gəlir.

Sevinc Akifqızı: "Çəkici vaxtında vurmuşam"


- Hansı yeniliklər üzərində çalışırsınız?

- Hal-hazırda musiqisi və sözləri özümə məxsus olan iki mahnı üzərində işləyirəm. "Qayıt sənə qurban olum" və "Gəlmə daha" adlı mahnıları duet ortağım "Xalq Ulduzu" və "Muğam" müsabiqəsinin iştirakçısı Abdul Azəri ilə duet oxuyacağam, inşallah.

- Təəssüf ki,.. ardını siz tamamlayın.

- Təəssüf ki, mən bu sənətə gec gəldim.

Söhbətləşdi: Cavidan Abdullayevскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...