Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

Tanınmış kosmetoloq: “ Yaxşı kosmetoloq olmaq üçün yaxşı həkim olmalısan”.

Tarix:19-01-2018, 16:21

Tanınmış kosmetoloq: “ Yaxşı kosmetoloq olmaq üçün yaxşı həkim olmalısan”. Stimulxəbər.az: Həkim-kosmetoloq Səadət Fərzəliyevadan Millixəbər.az-a maraqlı açıqlamar:

– Səadət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Azərbaycan Tibb Universitetnin müalicə-praklatikasını bitirmişəm. Öz ixtisasım kordiolqdur. On il yaxın kordiologiya ilə məşğul olmuşam. Amma kosmetologiyaya həvəsim olduğuna görə, ixtisasımı bu sahəyə yönləndirdim. Artıq üç ilə yaxındır ki, həm in, həm də aparat kasmetologiyası ilə məşğulam.

– Xaricdə təhsil almısınızmı?

– Bəli, Anakrada “Gülhanə” xəstəxanasında professor-dermotoloq Erol Koçun yanında bir aylıq kursda olmuşam, bundan başqa Gürcüstanda və Azərbaycanda ən tanınmış kosmetoloqlardan dərs almışam, təcrübə keçmişəm. Bu yaxınlarda Moskvada lazer aparatları üzrə konqresdə və Fransada inyeksion plastika üzrə konqresədə iştirak edəcəyəm.

– Bu qədər istəyin və həvəsin qarşısında olduğunuz yerdən məmnunsunuzmu?

– Mən heç vaxt olduğum yerdən məmnun olmamışam. Həmişə bir yenilik axtarmışam. Tibb məhz bunu tələb edir.

– Sizdən bu peşənin incəliklərini öyrənmək üçün müraciətlər olurmu?

– Olur, amma bununla hələ ki, məşğul olmuram. İnşallah, gələcəkdə belə bir planım var.

– Azərbaycandakı kosmetoloqların işi sizi qane edirmi?

– Bəli, qane edir. Yaxşı həkimlərimiz var. Amma həkim-kosmetloloqlarımız azdır. Məslə burasındadır ki, yaxşı kosmetoloq olmaq üçün birinci növbədə yaxşı həkim olmaq lazımdır. Çünki bizim işimiz incə işdir. Adicə bir iynənin damara səhv vurulması insanın səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxarda bilər.

– İndi sizin müşətirləriniz sizdən ən çox nə istəyirlər?

– Bilirsiniz, əvvəllər xanımlar kermlərdən, digər dərman vasitələrindən istifadə edirdilər. Lakin texnologiya və metodlar inkişaf etdikcə xanımların seçim şansı çoxalır. İndi daha çox inyeksion və aparat kosmetologiyasından istifadə olunur. Məsələn, biz özümüz aparat vasitəsilə xanımlarda kompleks yaradan xalları, ziyilləri, damarları götürürük.

– İndi xanımlar botoksdan daha çox istifadə edirlər. Bu, orqanizm üçün nə dərəcədə zərərlidir?

– Baxın, xanımları qorxudan botokosun tərkibində zəhərli toksinin olmasıdır. Amma botoks hazırlananda həmin toksin təmizlənir və təsiri minimum həddə düşür. Botoks üzdəki qırışları aradan qaldırmaq üçün tətbiq edilən bir vasitədir. Əgər botoksdan sonra insanda müəyyən problemlər əmələ gəlirsə, bu, sırf həkimin günahıdır. Bu məsələ çox incə və həsas bir məsələdir. Hər şey dəqiqliklə hesablanmalı və kombinə şəkildə həyata keçirdilməlidir. Bunun üçün həkimin təcrübəsi böyük əhəmiyyət kəsb edir.

– Bəs dodağın şişirdilməsi necə baş verir?

– Buna dolğu deyilir. Bunun da bir neçə növü var. Məsələn, təbii dolğular gealaron turşusularından ibarət olur. Bunun bizim dərimizlə yaxınlığı olduğu üçün təbii adlanır. Məcazi mənada desək, dərimiz həmin dolğuları “tanıyır”. Dolğunun başqa bir növü isə qandan alınır. Süni dolğulara isə biopolimer deyilir. Bir də ki, bədənin piy toxumasından alınan dolğular var.

– Bunlardan ən faydalısı hansıdır?

– Həm gealoron turşusundan dolğular, həm də piy toxumasından alınan dolğular daha faydalıdır. Bu dolğuların təsiri zaman keçdikcə itir. Amma biopolimer və digər dolğular ömürlük qalır.

– Onun bir ziyanı varmı?

– Əlbəttə ziyanı var. Çünki orqanizmə yad olduğu üçün, orqanizm onu mənimsəyə bilmir. Əvvəla, onu deyim ki, biopolimeri gənc yaşlı xanımlara qətiyyən tətbiq etmək olmaz. Çünki bu dolğu müəyyən müddətdən sonra öz yerini dəyişir. Bunun nəticəsində üzdə şişkinliklər əmələ gəlir. Bu fəsadı da ancaq cərrahiyə əməliyyatla aradan qaldırmaq mümkün olur. Ancaq sadaladığımız süni dolğuların bir müsbət cəhəti var. Əlli-altmış yaşlarında olan xanımlara tətbiq olunduqda onlarda bayq dediyimiz yerdəyişmə baş vermir.

– Siz özünüz müştərilərinizə süni dolğu tətbiq edirsinizmi?

– Mən süni dolğu ilə işləmirəm, amma nisbətən yaşlı xanımlara süni dolğu ilə işləyən başqa həkimləri məsləhət görürəm.

– Siz özünüz botokosdan istifadə etmisinizmi?

– Bəli, botoksdan, mezoterapiya, aparat kosmetologiyasından istifadə edirəm. Amma dolğulara ehtiyacım olmadığına görə istifadə etmirəm. Ola bilər ki, gələcəkdə ondan da yararlanım. Bir şeyi də qeyd edim ki, bəzən xanımlar deyirlər ki, dolğudan sonra üz pis hala düşür. Əgər dolğu dəriyə düzgün tətbiq edilibsə, 10-12 aya qədər təsiri qalır. Ondan sonra dəri vasitəsilə sovrulur, amma dəri heç vaxt əvvəlki vəziyyətinə qayıtmır, daha da gözəl görünür.

– Hansı yaşdakı xanımlara botoks olmaz?

– Kosmetologiyada yaş həddi yoxdur. Ehtiyac varsa, olunmalıdır. Əgər mimiki əzələlər güclüdürsə, lap iyirmi yaşında olan bir xanıma da tətbiq etmək olar. Bir xanım mimikalardan istifadə edərək danışırsa, onun üz dərisində qırışlar tez əmələ gəlir. Biz ona vaxtında botoksu tətbiq etməsək, həmin mimiki qırış artıq statik (sabit) qırışa çevriləcək.

– Cərrahiyyə ilə olunan “üzdartma” əməliyyatının kosmetologiyaya bir aidiyyatı var?

– Xeyr, o, sırf cərrahiyyəlikdir. Düzdür, biz də sapla bu əməliyyatı edirik, amma 50-60 yaşdan sonrakı xanımlara. Amma, dəri artıqlığı varsa, onu sapla dartmaq mümkün deyil.

– Kosmetoloji vasitələrlə burun əyriliklərini, sallanmış burun ətlərini düzəltmək mümkündürmü?

– Bəli, dolğu vasitəsilə korreksiya edirik. Çox da gözəl alınır. Mən hətta deyərdim ki, hal-hazırda estetik kosmetologiya plastik cərrahiyə ilə rəqabətdədir.

– Bu, nə dərəcədə effektlidir?

– Bir il təsiri qalır. Hər il bunu təkrarlamaq lazımıdır. Amma bəzən elə olur ki, iki üç dəfədən sonra ehtiyac qalmır.

– Kişilərin botoksdan istifadə etməsinə necə baxırsınız?

– Pis baxmıram, normaldır. Mənim müştərilərim arasında xanımlarla yanaşı, bəylər də var.

– Üzdəki qırışların yaranma səbəbi nədir?

– Burada xarici faktorların təsiri var. Ən əsas da Günəş şüası. Biz xanımlara məsləhət görür ki, qoruyucu kremlərdən istifadə etsinlər. Onlar elə bilirlər ki, dəriyə ləkənin düşməməsi üçün bunu deyirik. Amma, xeyr, əsasən ultrabənövşəyi şüalardan qorunmaq üçün həmin kremləri məsləhət görürük. Baxın, rayonda yaşayan bir xanımla, şəhərdə yaşayan bir xanımın dərisi, sözsüz ki, fərqlənir. Çünki rayonda yaşayan xanım həmişə çöldə-bacada işləyir. Dərisi Günəş şüasını daha çox “görür”. Bundan başqa, isti və soyuq iqlim şəraiti amili də var. Həddindən artıq soyuq və isti üzdə qırışlar əmələ gətirir. Həm də genetik faktor un da çox böyük rolu var. Dəri quruluşuna görə xırdaqırışlı dərilər var ki, bu dəri növü qırışmağa nisbətən meyilli dəri növüdür. Onuda qeyd edim ki, mimika ilə danışan insanlarda da qırışlar daha tez yaranır.

– Sonda xanımlara sağlam və baxımlı üz dərilərinə sahib olmaqları üçün hansı məsləhətləri görürsünüz?

– Birinci növbədə gündən qoruyucu kremlərdən istifadə edilməldir. Çoxlu su qəbul edilməlidir. Budan başqa, əgər kimsə evdə maskalardan istifadə edirsə, bu da düzgün yerinə yetirilməlidir. Məsələn, elə xanımlar olur ki, bir neçə inqridenti bir-birinə qatıb maska kimi istifadə edirlər. Amma bu, yanlışdır. Dərini tanımadan bunu etmək olmaz. Maksimum bir və ya iki inqridentdən istifadə etmək lazımdır. Hər halda, həkim-kosmetoloqla məsləhətləşmək lazımdır.

Ünvan: Rəşid Behbudov 144, telefon: (012) 440 3030
T. Şıxəliyev 14 “Şuşa” restoranı ilə üzbəüz yeni tikili binanın arxası.
İnstagram: Səadət Fərzəliyeva (həkim-kometoloq),
Telefon: (050) 774 74 47 (whatapp)

Tanınmış kosmetoloq: “ Yaxşı kosmetoloq olmaq üçün yaxşı həkim olmalısan”.
Tanınmış kosmetoloq: “ Yaxşı kosmetoloq olmaq üçün yaxşı həkim olmalısan”.
Tanınmış kosmetoloq: “ Yaxşı kosmetoloq olmaq üçün yaxşı həkim olmalısan”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...