Anons

Dünən, 17:09- İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)

Dünən, 16:45- Sabah güclü külək əsəcək

Dünən, 16:18- Ötən il Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Dünən, 15:57- Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)

Dünən, 15:24- Azərbaycanda əhalinin 48 faizi vaksinasiyadan keçməyib

Dünən, 15:00- Uzman pediatr Aysel Məcidova: "Uşaqlarla çox asan dost ola bilirəm"

Dünən, 14:32- Azərbaycanda xarici diplomların tanınmasının yeni qaydası hazırlanır

Dünən, 14:06- Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb

Dünən, 13:43- Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Dünən, 12:51- Həkim-stomatoloq Həsənzadə Səriyyə: "Bilmədiyim heç bir işə qol qoymuram"

Dünən, 12:25- Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb

Dünən, 12:00- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

Dünən, 11:37- Bələdiyyələrin fəalyyəti təkmilləşdirilməlidir

Dünən, 11:04- DYP sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib

Dünən, 10:16- Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb

27-01-2022, 21:38- Zəfər Günəşiylə şəfəqlənir dan... - Bayram Məmmədov yazır

27-01-2022, 17:04- BQXK Qarabağ müharibəsində itkin düşənlərin sayını açıqlayıb

27-01-2022, 15:17- Azərbaycana dronların gətirilməsi proseduru sadələşdiriləcək

27-01-2022, 14:52- Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək

27-01-2022, 14:26- Sabahın hava PROQNOZU

Haqqımızda Əlaqə

Bu gün Zeynəb Xanlarovanın YUBİLEYİDİR

Tarix:28-12-2021, 11:02

Bu gün Zeynəb Xanlarovanın YUBİLEYİDİR
Bu gün - 28 dekabr tarixi sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova doğum günüdür.

Zeynəb Xanlarova növbəti yubileyini - 85 yaşını qeyd edir.

Qeyd edək ki, Zeynəb Xanlarova 2020-ci ildə keçirilmiş sonuncu parlament seçkilərində iştirak etməyib.

Xalq artisti axırıncı dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.

Sənətkar 12 illik fasilədən sonra ötən il böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane oldu.

Belə ki, əvvəlcə 28 marta təyin olunan konsertin vaxtı pandemiya səbəbiylə tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq 3 may tarixinə dəyişdirilmişdi. Daha sonra tədbirin tarixi yenidən dəyişdirilərək 28 noyabra keçirildi. Amma koronavirusun tüğyan etməsi həmin tarixdə də sənətkarın tamaşaçıları bir yerə toplamasına imkan vermədi və konserti reallaşmadı.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.

1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan Dövlət mükafatı laureatıdır.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...