Anons

Bu gün, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Bu gün, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Bu gün, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Dünən, 11:53- Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Dünən, 09:43- Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Dünən, 09:10- Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

20-04-2024, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Haqqımızda Əlaqə

Əziz Səncər “Nizami Gəncəvi adına Qızıl Medal"a layiq görüldü

Tarix:22-12-2021, 15:00

Əziz Səncər “Nizami Gəncəvi adına Qızıl Medal"a layiq görüldü Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda AMEA Rəyasət Heyətinin Xüsusi iclası keçirilib.

Əvvəlcə "Nizami Gəncəvi İli"ndə AMEA-da nəşr edilmiş kitabların və rəsm əsərlərinin sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Ramiz Mehdiyev Nizami ili çərçivəsində AMEA-nın gördüyü işlər haqqında danışıb.

O qeyd edib ki, AMEA-nın əməkdaşlarının iştirakı ilə Nizami Gəncəvi haqqında 45 monoqrafiyanın çap olunması böyük hadisədir:

"Humanitar və İctimai elmlər bölməsindən mənə verilən məlumata görə, 2021-ci ildə Akademiyada çap olunan kitablar iyirminci əsr ərzində Nizami haqqında yazılmış kitablardan qat-qat çoxdur. Yeni dövr nəşrlərində tamamilə fərqli mövzular və problemlər öz əksini tapmışdır".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” haqqında məruzəsi dinlənilib.

Akademik məruzəsində qeyd edib ki, ölkənin digər təşkilatlari kimi AMEA- da da genişmiqyaslı işlər aparılıb:



"Nizami Gəncəvinin irsinin sistemli öyrənilməsinə iyirminci əsrin əvvələrindən başlanmışdı. Nizami Gəncəvinin irsinin öyrənilməsində yeni mərhələ Heydər Əliyevin adı ilə bağlıdır. Onun müvafiq qərarından sonra Azərbaycanda şair haqqında bir neçə istiqamətdə işlər görülüb. Bu dövr həm də fundamental tədqiqatlar dövrüdür.



Nizaminin irsinin öyrənilməsində ən yeni mərhələ Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin sərəncamına uyğun olaraq beynəlxalq miqyasda bütün dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb".



Sonra Nizami Gəncəvi ilində AMEA-nın nəşrlərinin haqqında slayd təqdim olunub.



AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı akademik Rafael Hüseynov Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıb. O qeyd edib ki, Nizamı ilə Azərbaycan böyük görünür:



"Bu il başdan-sona qədər Nizami ili ilə bağlı oldu. Şairin bundan öncə qeyd olunan yubileyləri bir yaxud bir neçə gün keçirilib. Ancaq bu il Prezident İlham Əliyevin Sərəncamına əsasən bütün il Nizami ili - ədəbiyyat bayramı elan edildi.



Orta Əsrlərdə yaşamış əski şairlərimizi tanımaq üçün biz təzkirələrə üz tuturuq. Nizami yeganə şairdir ki, yazılan təzkirələrin hamısında dahi kimi təqdim olunur. Nizami Gəncəviyə ona görə bu gün də hücumlar var ki, Nizamı ilə Azərbaycan böyük görünür".



Sonra Azərbaycan Respublikasının “Nizami Gəncəvi adına Qızıl Medalı" Ramiz Mehdiyevə təqdim olunub. Əcnəbi alimlərdən isə medala Nobel mükafatı laureatı Əziz Səncər layiq görülüb.



Sonda fəxri fərmanlar təqdim olunub.



Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında" 5 yanvar 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar baş tutub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...