Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

“Gənclik” stansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb

Tarix:24-09-2021, 12:06

“Gənclik” stansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb
“Bakı Metropoliteni” QSC-nin stansiya və keçidlərində təşkil edilən sərgilər sırasına yenisi əlavə olunur. Bu gün “Gənclik” stansiyasının keçidlərində hər birimiz üçün doğma olan və bugünmüzlə səsləşən bir mövzuya həsr olunan “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.

Bu sözləri Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır: " Buradakı 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub və hər biri özünə məxsus zənginliyi, elementləri və cizgiləri ilə seçilir.Sərgi həmçinin, Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.

Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan Ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

“Tikdim ki, izim qala” adlı xüsusi stendlərimiz var ki, Qarabağın üç məşhur qalası: Şuşa qalası, Əsgəran qalası və Ağdamın Şahbulaq qalasına həsr olunub.

Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq."

B.Məmmədov həmçinin bildirib ki, “Bakı Metropoliteni” QSC-nin azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı geniş ictimaiyyətə təqdim etdiyi sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...