Anons

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

Tarix:7-07-2021, 16:27

Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub
İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib. Fuad Nağıyev DTA tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESKO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa “Xınalıq” qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib. O, bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. Elxan Usubov hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifi ilə çıxış edib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaradır. Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESKO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.

Həmçinin, tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Təqdimat mərasimində Milli Məclisin üzvləri və digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...