Anons

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Haqqımızda Əlaqə

Dövlət Turizm Agentliyi “Mymenu.az” layihəsinə start verib

Tarix:3-05-2021, 15:55

Dövlət Turizm Agentliyi “Mymenu.az” layihəsinə start verib
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə “Mymenu.az” adlı layihəyə start verilib.

Turizm Agentliyindən bildirilib ki, layihə çərçivəsində hazırlanmış “Mymenu.az” onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim etməklə yanaşı, turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir.

Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsi, ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlər təşkili üzrə təlimlərin təşkilindən ibarətdir.

İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.

“Mymenu.az” layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsinə, ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir ictimai iaşə obyektinin (restoran, kofeşop və çay evləri, bar və pub, əyləncə mərkəzləri və klublar, hamam-spa, idman-oyun mərkəzləri və s.) sahibkarları və ya menecerləri “Mymenu.az” platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yarada, öz iaşə obyektləri haqqında ətraflı məlumatlar dərc edə, ödənişsiz olaraq hazır şablonlar üzərində rahatlıqla menyular hazırlaya və QR kod yarada bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...