Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
Niderland hökuməti gələn ay Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verib.
Bu barədə mahnı müsabiqəsinin saytında bildirilib.
Niderland Yayım Korporasiyası (NOS) isə pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb.
Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edə biləcək. Lakin zala daxil olmaq üçün tamaşaçılardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.
Lakin “Avroviziya” başlayana qədər ölkədə koronovirusla bağlı vəziyyətin normallaşmayacağı təqdirdə qərarın qüvvədən düşməsi də istisna edilmir.
Bundan başqa, səfərlərlə bağlı tətbiq edilən məhdudiyyətlərə görə hələ ki, yalnız niderlandlı tamaşaçılara üstünlük veriləcək.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ləğv edilən “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi bu il 18-22 may tarixlərində Rotterdam şəhərinin “Ahoy” arenasında baş tutacaq.
Xatırladaq ki, “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı müğənni Əfəndi təmsil edəcək.