Dünən, 23:22- Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
Dünən, 17:00- Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib
Dünən, 16:32- “Samsung” ən güclü “Galaxy” qurğusunun anonsunu verib
Dünən, 16:09- Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Dünən, 15:44- Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:17- Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti
Dünən, 14:51- Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 14:24- Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Dünən, 14:00- Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir
Dünən, 13:08- Sabahın hava proqnozu
Dünən, 12:45- 5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Dünən, 12:19- Mixael Şumaxerin malikanəsi müalicəsi üçün satışa qoyulub
Dünən, 11:56- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
Dünən, 11:22- "8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Dünən, 11:00- Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Dünən, 10:34- Müqəddəs Ramazan ayı başladı
Dünən, 10:07- “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13-04-2021, 21:25- Vətənpərvərlik
13-04-2021, 17:00- Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
13-04-2021, 16:32- 170-dən çox jurnalist peyvənd olunub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu GəncApp mobil tətbiqi üzərindən “Sirlər Xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.
Fonddan bildirilib ki, il ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.
Elan edilən müsabiqə GəncApp mobil tətbiqi vasitəsilə həyata keçirilərək, 16-29 yaş arası bütün gəncləri əhatə edəcək. İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edəcək. 5 gün davam etməsi planlaşdırılan müsabiqədə hər gün tətbiq üzərindən 1 sual bildiriş vasitəsilə iştirakçılara göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək üçün GəncApp mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.