Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

Nazirlik Azərbaycandan oğurlanan xalçalarla bağlı bəyanat yaydı

Tarix:18-02-2021, 14:24

Nazirlik Azərbaycandan oğurlanan xalçalarla bağlı bəyanat yaydı Mədəniyyət Nazirliyi Ermənistanda Şuşadan çıxarılan xalçaların sərgisinin keçiriləcəyi ilə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Armenpress.am saytının (https://armenpress.am/rus/news/1043451.html) məlumatına görə, 20 fevral tarixində Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 1 noyabr tarixində çıxarılan xalçaların sərgisi keçiriləcək.

Sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir.

Belə ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınımış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməllləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci Maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür.


Bununla yanaşı, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Xalçaçılıq sənəti qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biridir. Təsadüfi deyil ki, 2010-cı ildə Azərbaycan xalçasının toxunması ənənəvi sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmışdır. Bu ənənə xalqımızda o qədər dərin köklərə bağlanmışdır ki, Azərbaycanın hər bir bölgəsində geniş yayılmış və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda 8 əsas xalçaçılıq məktəbi fəaliyyət göstərmiş və hər biri öz naxış və boyaları ilə bir birindən fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının da səbəbi odur ki, bu sənət Azərbaycan icmasından mənimsənilmişdir.

Tarixən, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır.

Beləliklə, Ermənistan Hökumətinin himayəsi ilə nümayişkaranə şəkildə Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin nümayişkəranə keçirilməsi Ermənistanın bu sahədə tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizliyinin bariz nümunəsidir və bu yanaşmaya UNESCO tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələ ilə əlaqədar UNESCO ilə lazımı hüquqi prosedurları həyata keçirəcəkdir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...