Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib

Tarix:9-10-2020, 11:26

Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Baxrom Aşrafxanov ilə görüşüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla Özbəkistan arasında humanitar sahədə və UNESCO çərçivəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivləri, həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Türkdilli ölkələrlə münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirən A.Kərimov mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında kitabxana sistemi, kinematoqrafiya, muzey işi və mədəni irsin qorunması sahələrində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən A.Kərimov bununla yanaşı Özbəkistanda Azərbaycan Mədəniyyət Evinin yaradılması ilə bağlı fikirlərini səsləndirib.

Səmimi qəbula görə təşəkkür edən səfir B.Aşrafxanov Özbəkistanla Azərbaycan arasında ortaq mədəni dəyərlərin, ədəbi əlaqələrin, incəsənət və miniatür sənəti sahələrində oxşar cəhətlərin yaratdığı potensialdan səmərəli istifadə edilməsinin mövcud əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.

Diplomat 2021-ci ildə böyük özbək şairi Əlişir Nəvainin 580 və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileylərinin keçirilməsi ilə bağlı iki ölkənin birgə layihələri, habelə qarşılıqlı mədəniyyət günlərinin təşkil edilməsi barədə fikirlərini bölüşüb.

Sonda Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlar, yaşayış məntəqələrini, mülki əhalini, obyektləri, o cümlədən tarixi tikililəri ağır artilleriya və raket atəşinə tutması, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar barədə məlumatlar diqqətə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...