Anons

Bu gün, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Bu gün, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Bu gün, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Bu gün, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Bu gün, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Bu gün, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Bu gün, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Bu gün, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bu gün, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Bu gün, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Bu gün, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Bu gün, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

Dünən, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Dünən, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Dünən, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

Dünən, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Dünən, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Dünən, 15:35- Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

Dünən, 13:59- RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Dünən, 13:22- Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

Haqqımızda Əlaqə

Özbəkistanda Xətainin anadilli “Divan”ının nadir nüsxəsi aşkarlanıb

Tarix:18-03-2020, 16:23

Özbəkistanda Xətainin anadilli “Divan”ının nadir nüsxəsi aşkarlanıb AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

AMEA-dan verilən məlumata görə, tədqiqat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında aparılıb.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub və ilkin tədqiqata cəlb edilib.

Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də var.

Xətainin anadilli “Divan”ının digər nüsxələri Britaniya Muzeyində və İranda qorunmaqdadır. Əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün AMM-in direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə olunub.

Əlyazmanın köçürülmə tarixi hicri təqvimi ilə 942-ci il göstərilir (Miladi tarixlə 1535 kimi qeyd edilib). Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir və incə nəstəliq xətti ilə köçürülüb, həcmi 84 vərəqdir.

Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsinin yaxın vaxtlarda nəşri planlaşdırılır.

Qeyd olunub ki, AMM-in layihəsinə əsasən, Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...