Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

Azərbaycan dilinə ilk dəfə nəşr olunmuş “Tövrat” kitabının təqdimatı keçirilib

Tarix:13-02-2020, 16:19

Azərbaycan dilinə ilk dəfə nəşr olunmuş “Tövrat” kitabının təqdimatı keçirilib Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

Tədbiri açan MEK-in direktoru Leyla İmanova 2020-ci ilin Kitab Bağışlama Gününün devizinin “Kitaba məhəbbəti paylaş” olduğunu bildirib. O, Kitab Bağışlama Günündə rəmzi olaraq kitab formatında, ilboyu isə müxtəlif formatlarda MEK-in ən dəyərli resurslardan biri olan informasiyanın düzgün toplanılmasını, sistemləşdirilməsini, kitabxana istifadəçilərinin sorğularına uyğun təqdim edilməsini, MEK-in müxtəlif formatlarda fondları barəsində məlumatların oxucuların ixtiyarına verilməsini söyləyib. Ötən il 11 mindən çox kitabın müxtəlif təşkilat və qurumlara bağışlandığını qeyd edib. Leyla İmanova, eyni zamanda, MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan söz açıb. Qeyd edib ki, 2012-ci ildə başlayan ənənə müxtəlif formatlarda, sosial şəbəkələrdə, müxtəlif saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir. Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci il fevralın 14-dən başlanaraq uşaq yazıçıları, bloqqerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur.

Daha sonra kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Beynəlxalq Kitab Bağışlama Gününün tarixinə dair məlumat verib, MEK-in kitab bağışlama aksiyalarına aid qısa hesabatını təqdim edib.

Tədbir çərçivəsində MEK-ə də kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov çıxış edib. Təqdimatçı ibridən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunmuş “Tövrat”ı MEK-ə hədiyyə edib. O, indiyə qədər orijinal mətni ilə müqayisəli şəkildə tərcümənin mövcud olmadığını bildirib. T.Sadıqov gələcək planlarına dair vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular və tədqiqat işlərini davam etdirəcək. “Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, müqəddəs kitabın tərcüməsi ilə 2014-cü ildən başlayaraq 5 il məşğul olub. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırıb və problemlərin həllinə imkan yaradıb.

Tədbirdə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları MEK-in təşkil etdiyi, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbirin orijinal formatda keçirilməsini və “Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...