Anons

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Haqqımızda Əlaqə

Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb

Tarix:13-02-2020, 15:36

Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb
Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb. Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli Beşinci Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat verib: “Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalda iştirak etmək çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə bilər.”

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.

Festivalda iştirak şərtləri aşağıdakılardır:

Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
Təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
İştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, “YouTube” və s.) yerləşdirilə bilər.
Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...