Anons

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq istiqaməti yaranıb

Tarix:6-02-2020, 12:05

Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq istiqaməti yaranıb
Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) fevralın 5-də dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) anadan olmasının 102-ci ilinə həsr edilən konfrans keçirilib.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək əvvəlcə böyük bəstəkarın doğum gününə həsr olunan tədbirlərin Fəxri xiyabandan başladığını deyib.

O bildirib ki, hər il Qara Qarayevin doğum günü müxtəlif tədbirlərlə qeyd olunur: “Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Lakin bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i – anadan olduğu gün və mayın 13-ü – vəfatı günündə yad edirik. O, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir.

Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova "Qara Qarayev haqqında nəşr olunan yeni kitablar" mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan musiqişünasları onun yaradıcılığına hər zaman maraq göstərib, onun zəngin irsi haqqında monoqrafiya və kitablar yazılıb, dissertasiyalar müdafiə edilib. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq adlı istiqamət yaranıb.

Konfransda daha sonra "Qara Qarayevin estetik baxışları", "Xatirələrlə yaşayan dahi sənətkar", "Qara Qarayevin pedaqoji prinsipləri" mövzularında məruzələr dinlənilib.

Sonda Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları, piano üçün iki prelüdü, violin və piano üçün sonatası səsləndirilib. İfalar alqışlarla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...