Anons

Bu gün, 16:36- AQTA Çindən bir sıra məhsulların idxalına qadağa qoyub

Bu gün, 16:24- Azərbaycanda yeni basketbol liqası yaradılır

Bu gün, 16:13- Daxili xəstəliklər üzrə həkim - mütəxəssis Arzu Alxasova: "Ağ xalat mənə gözəl sənət verdi"

Bu gün, 16:05- Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya gedir

Bu gün, 15:51- Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib

Bu gün, 15:42- Braziliyada Azərbaycan xalçalarına həsr olunmuş fotosərgi açılıb

Bu gün, 15:27- SON DƏQİQƏ! Xəzərdən həyəcanlı xəbər: Balıqçı gəmisi batıb

Bu gün, 15:16- Mədət Quliyev direktoru işdən çıxardı - YENİ TƏYİNAT

Bu gün, 15:09- “Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq foto müsabiqə keçirilir

Bu gün, 13:58- İndiyədək "ASAN Viza" vasitəsilə 1 milyon 877 min 835 viza verilib

Bu gün, 13:45- Sabahın havası

Bu gün, 13:36- Aygün Süleymanlının səviyyə krizi onun əsil simasını ifşa etdi

Bu gün, 12:23- Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı ƏMR imzaladı

Bu gün, 12:07- AZAL-dan Çinə səfər edənlərlə bağlı AÇIQLAMA

Bu gün, 11:54- Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək

Bu gün, 11:45- Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi

Bu gün, 11:33- "Green Card" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir

Bu gün, 11:21- Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

Bu gün, 11:12- Kitabxanaya yeni nağıl təqdim olundu

Bu gün, 10:59- Belarusun Gömrük Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutu ilə Əməkdaşlıq sazişi imzalandı

Haqqımızda Əlaqə

Azərbaycanın Əməkdar artisti Türkiyədə mükafata layiq görülüb

Tarix:14-01-2020, 14:55

Azərbaycanın Əməkdar artisti Türkiyədə mükafata layiq görülüb Tanınmış gənc violin ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyənin 2019-cu il üçün “Aydın Gün Təşviq Mükafatı”na layiq görülüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, İstanbul Mədəniyyət və Sənət Vəqfinin (İMSV) mədəniyyət və sənət sahəsinə, eləcə də gələcəyin sənətçilərinin yetişməsinə dəstək məqsədilə 2012-ci ildə təsis etdiyi mükafat Elvinə bu ilin iyun ayında təşkil olunacaq 48-ci İstanbul Musiqi Festivalının açılış mərasimində təqdim ediləcək.

1997-ci ildə musiqiçi ailəsində dünyaya gələn Elvin 5 yaşından skripka ifa etməyə başlayıb. Səkkiz yaşında babası - Azərbaycanın Xalq artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

İspaniyanın paytaxtı Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirən gənc ifaçı hazırda Almaniyada Hannover Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir.

Virtuoz ifaçı indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Qeyd edək ki, Aydın Gün (1917-2007) İstanbul və Ankara operalarının banisi olmaqla yanaşı, İstanbul Mədəniyyət və Sənət Vəqfinin də yaradıcısıdır. O, 1974-1993-cü illərdə İMSV-nin baş meneceri olaraq fondun bir çox layihələrinə rəhbərlik edib. A.Gün 1988-ci ildə Türkiyənin "Dövlət sənətçisi" adına layiq görülüb, “Avropa Şurası Mədəniyyət Mükafatı"nın sahibidir. 90-cı illərin sonunda ailəsi ilə Berlinə köçən opera ifaçısı sənətini orada davam etdirib, Almaniyada vəfat edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...