Anons

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Haqqımızda Əlaqə

“Ulduz” filminə yeni nəfəs verildi - tam bərpa edildi - VİDEO

Tarix:4-12-2019, 10:49

“Ulduz” filminə yeni nəfəs verildi - tam bərpa edildi - VİDEO ANS Azərbaycan xalqının uzun illər sevə-sevə baxdığı "Ulduz" filminə yeni nəfəs verib.

Nizami Kino Mərkəzində xalqımızın sevimli filmlərindən olan “Ulduz” bədii filminin 55 illiyi ilə əlaqədar, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək, qısaca, AMKAD-ın yeni layihəsinin təqdimat mərasimi keçirildi. Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Ulduz” bədii filminin yenilənmiş versiyada təqdimatı keçirilib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, “Ulduz” filmi 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınıb. “Görkəmli bəstəkar Süleyman Ələsgərovun müəllifi olduğu bu əsərin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib”.
Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.

Vahid Mustafayev filmin yaradıcılarından yalnız Suqra Bağırzadənin və Murad Yegizarovun həyatda olduğunu bildirib:
"Suqra Bağırzadə bu gün burada bizimlədir, amma təəssüf ki, Murad Yegizarov ölkədən kənardadır və səhhəti ona təyyarə ilə gəlməyə imkan vermir".

Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildirib. Fuad Ələkbərov xatrıladıb ki, 55 il qabaq da filmin premyerası məhz bu binada - "Nizami" kinoteatrında olub.

Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxışında Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib: "Kino yarandığı gündən zamanla mübarizə aparır. İqlim, ekologiya və zaman amilləri kinoları məhv edir. Bizim ilk iki filmimiz "Neft və milyonlar səltənətində" və ondan sonra çəkilmiş "Arşın mal alan" beləcə yoxa çıxıb. Amma bu gün 1964-cü ildə çəkilmiş "Ulduz" filminin bərpasını bayram edirik. Bu bütün Azərbaycan kinosunun bayramıdır".

Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov çıxışında milli sərvətimiz olan “Ulduz” filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, “Səba” şirkətinə və “Balans Studiyası”na təşəkkür edib.

Xatırladaq ki, “Ulduz” filmi Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Səba” ASC, BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...