Anons

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Haqqımızda Əlaqə

Bakıda “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub

Tarix:27-11-2019, 14:05

Bakıda “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

Trend-in məlumatına görə, sərgi kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin beş illiyinə həsr edilib.

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllif olduğu 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmanın sintezi təşkil edir. Vurğulanıb ki, İnna Kostinanın xüsusi olaraq bu layihə üçün yaratdığı pannolarını Şəki və Basqalda keçən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir arada görmək mümkündür.

Həmin kolleksiyada İnna Kostinanın müəllif işi də var. Bu qızılı ornamentli, bənövşəyi kəlağayı Basqalda Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin yaratdığı “Kəlağayı” baramaçılıq mərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. Orada İnna Kostina Azərbaycanın digər ipək üzrə rəssamları - T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə bütün qədim texnologiyaları nəzərə almaqla, öz eskizləri əsasında kəlağayılar yaradıb.

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tanrıverdiyev çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, sərginin əhəmiyyətindən söz açıblar.

Sonra qonaqlar sərgiyə baxıblar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...