Anons

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Haqqımızda Əlaqə

Lənkəranda Çay, Çəltik, Sitrus Festivalı keçirilib

Tarix:25-11-2019, 11:10

Lənkəranda Çay, Çəltik, Sitrus Festivalı keçirilib
Azərbaycan xalqının təsərrüfat həyatında çox mühüm yer tutmuş el şənliklərindən biri də “Məhsul bayramı”dır. Ötən əsrin 70-ci illərindən hər il payızda fərdi və dövlət təsərrüfatları cari ilə yekun vuraraq qazandıqları uğurları “Məhsul bayramı”nda qeyd edirdilər. Həmin illərdə Lənkəran rayonu ölkəmizdə keçirilən ilk “Məhsul bayramı”na ev sahibliyi edib.

Bu ənənə Lənkəranda bu gün də davam etdirilir. 2017-ci ildən başlayaraq rayonda Çay, Çəltik, Sitrus Festivalı keçirilir. Bu bayramlar insanlarda əməyə münasibəti dəyişib, torpaqdan daha səmərəli istifadəyə, məhsul bolluğuna, insanların maddi rifah halının xeyli yaxşılaşmasına səbəb olub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə üçüncü Çay, Çəltik, Sitrus Festivalı keçirilib.

Festivalda Prezident Administrasiyası və Milli Məclisin əməkdaşları, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə görkəmli elm xadimləri, qonaqlar iştirak ediblər.

Parkın giriş hissəsində, simvolik Qala Darvazasının önündə Festivalın açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin Komitə sədri Hadı Rəcəbli lənkəranlıları və qonaqları festivalın keçirilməsi münasibətilə təbrik edərək ötən bir il ərzində rayonda çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində qazanılmış uğurlardan danışıblar.

Sonra festival iştirakçıları parkın ərazisində quraşdırılmış müxtəlif çadır-pavilyonlarda, 100-ə yaxın stend və sərgi tumbasında çay, çəltik, sitrus meyvələrindən hazırlanmış müxtəlif kompozisiyalarla, milli mətbəx, el sənətkarlığı nümunələri ilə tanış olublar.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi-Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

Vitrinlərdə isə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və sair düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim edilib.

Tədbirdə çayçılıqda, çəltikçilikdə və sitrusçuluqda uğur qazanmış əmək adamlarının bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qonaqlar rayonda istehsal olunan pürrəngi çayın, limonun, narınginin, portağalın, Lənkəran düyüsündən hazırlanmış müxtəlif təamların dadına baxıblar.

Gün boyu davam edən festivalda rayonun bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış edib, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...