Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

Xalq artisti Rasim Ocaqovun xatirəsi anıldı

Tarix:22-11-2019, 16:27

Xalq artisti Rasim Ocaqovun xatirəsi anıldı Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur.

Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər.

Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator vasitələrdən bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...