Anons

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Haqqımızda Əlaqə

"Azərbaycan ailəsi-2019" film festivalının qalibləri mükafatlandırılıb

Tarix:21-11-2019, 17:10

"Azərbaycan ailəsi-2019" film festivalının qalibləri mükafatlandırılıb Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində 2009-cu ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycan ailəsi-2019" film festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev, millət vəkilləri və icra hakimlərinin müavinləri iştirak ediblər.

AQUPDK-nın sədri Hicran Hüseynova tədbir iştirakçılarına bildirib ki, artıq 11 ildir Komitə Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu ilə birgə bu festivalı həyata keçirir:

"Komitə ailə institutunun möhkəmləndirilməsi, qadın, uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr reallaşdırır. Festivala başlayandan sonra mövzuya böyük ehtiyac olduğunu gördük. Profesionallarla birlikdə bir çox insanları bu işə cəlb edə bildik".

Komitə sədrinin dediyinə görə, ötən illər ərzində müsabiqəyə 345 rejissor tərəfindən 386 film təqdim olunub:

"Müsabiqəyə müxtəlif ölkələrdən 42 xarici film göndərilib. Bundan başqa, 140-dan çox fotoqraf tərəfindən 520 foto təqdim olunub. Festivalın səviyyəsi ildən ilə artaraq beynəlxalq nüfuz qazanır. Festival həmçinin gənc rejissorlar üçün, filmlərinin geniş auditoriyaya çatdırılması baxımından çox əhəmiyyətlidir".

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev bildirib ki, ötən 11 il ərzində festivalın böyük uğurla təşkili, burada qoyulan mövzulara artan marağın göstəricisidir:

"Bir sıra toplumlardan fərqli olaraq Azərbaycanda ailə institutu öz missiyasını daha doğru-düzgün saxlaya bilib. Müstəqillikdən sonra Azərbaycanın üzləşdiyi problemlər ailələrdən də yan keçməyib.

Kinematoqrafiya ictimai rəyin formalaşmasında da xüsusi rol oynayır. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini kinematoqrafiyanın verdiyi imkanlardan istifadə etməklə Azərbaycan ailəsinin nüfuzunun artırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir və gələcəkdə də Komitəylə birgə işləri davam etdirəcəyik".

Qeyd olunub ki, martın 1-dən başlayan 11-ci "Azərbaycan ailəsi-2019" film festivalına 41 iştirakçı 49 film təqdim edib. Bunlardan müsabiqənin məqsəd və ideyasına uyğun olan 47 film müsabiqəyə buraxılıb.

Sonda "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı tələbə filmi", "Ən yaxşı sosial çarx", "Sosial şəbəkədə ən çox bəyənilən film", "Ən yaxşı fotoşəkil" nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqədə iştirak üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, 7 vətənpərvərlik mövzusunda film, "Həyatdan şəkilə"adlı foto müsabiqəyə isə 21 iştirakçı 78 fotoşəkil təqdim edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...