Anons

Bu gün, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Bu gün, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Bu gün, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Bu gün, 13:17- Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Bu gün, 12:59- Yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb - AVCİYA

Bu gün, 12:48- Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Bu gün, 12:40- Bakıda yeni kiçik SES istismara verildi (VİDEO)

Bu gün, 11:52- “ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Bu gün, 11:39- ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb

Bu gün, 10:51- “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiqlənib

Bu gün, 10:38- Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Bu gün, 10:25- Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bu gün, 10:03- Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Dünən, 17:44- Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dünən, 17:10- AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır

Dünən, 16:59- Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq

Dünən, 16:48- Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Dünən, 16:36- Redmibook 13 noutbuku ekranın ətrafında çox incə çərçivə alacaq

Dünən, 16:27- Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Dünən, 16:14- Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb

Haqqımızda Əlaqə

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Tarix:19-11-2019, 10:39

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir Azərbaycan Mədəniyyət Nazirliyinin və “O`zbekkino” Milli Agentliyinin təşkilatçılığı ilə noyabrın 17-24-də Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir.

Nazirlikdən verilən məlumata görə, Özbəkistan Kino Həftəsinin açılışı noyabrın 18-də Nizami Kino Mərkəzində olub.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almas Sultanzadə tədbirdə iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini təqdim edib. O bildirib ki, Özbəkistan Kino Həftəsi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Azərbaycan kinematoqrafçılarının nümayəndə heyəti bu yaxınlarda Özbəkistanda səfərdə olub. İndi isə özbək kinematoqrafçılar ölkəmizə cavab səfərinə gəliblər.

“O`zbekkino” Milli Agentliyinin baş direktorunun müavini Şukrulla Rizayev son illərdə ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, tərəflər müştərək filmin çəkilişlərinə başlamağa hazırdırlar.

Sonra Azərbaycanda Özbəkistan Kino Həftəsinin açılışı olub.

Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev özbək kinematoqrafçılarının nümayəndə heyətini salamlayaraq bildirib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev əmin olduğunu bildirib ki, Özbəkistan Kino Həftəsi çərçivəsində nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısında maraq oyadacaq. Kino Həftəsi rejissor A.Miqnarovun “İmom Abu İso Muhammad Termizi” bədii filminin nümayişi ilə açılıb.

Nümayəndə heyəti noyabrın 19-da Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq. Burada ölkəmizin kinematoqrafçıları ilə görüş keçiriləcək, kino sahəsində gələcək əməkdaşlıq müzakirə ediləcək.

Nümayəndə heyəti Azərbaycanın bölgələrinə - Şəki, İsmayıllı və Qəbələyə də gedəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaqlar.

Bölgələrdə özbək filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...