Anons

Bu gün, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bu gün, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

Bu gün, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

Dünən, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

2-07-2020, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

2-07-2020, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

2-07-2020, 12:23- Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

2-07-2020, 11:56- Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

2-07-2020, 10:42- Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür

1-07-2020, 13:09- Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

1-07-2020, 12:28- Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

1-07-2020, 11:50- Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb

1-07-2020, 10:46- Azərbaycanda siqaret bahalaşıb

30-06-2020, 13:04- Azərbaycanda əmək müqavilələrinin sayı 751 mini ötüb

Haqqımızda Əlaqə

Azərbaycan-İSESKO əlaqələri müzakirə edilib

Tarix:18-11-2019, 16:42

Azərbaycan-İSESKO əlaqələri müzakirə edilib Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Fransanın Paris şəhərində səfərdədir. Səfər çərçivəsində Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Əbülfəs Qarayev təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək görüşün baş direktorun vəzifəyə təyin edildikdən sonra ilk görüş olduğunu bildirmiş və bu görüşlərin davamlı olacağına inamını ifadə etmişdir. Nazir, həmçinin ötən dövr ərzində Azərbaycan-İSESKO əlaqələrinin inkişafı barədə qısa məlumat vermiş və bildirmişdir ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci Vitse-Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və şəxsən Prezident cənab İlham Əliyevin böyük töhfələri olmuşdur. Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilmiş, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər həyata keçirilmişdir. İSESKO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”-nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında rəsmi tərəfdaş qismində iştirak etmişdir.

Nazir Azərbaycan-İSESKO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş və yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə etmişdir.

İSESKO-nun baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirmiş, həmçinin əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, həmçinin İSESKO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat vermiş və qeyd etmişdir ki, bu gün İSESKO və UNESKO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.

Əbülfəs Qarayev İSESKO-da aparılan islahatları təqdir etdiyini bildirmişdir. Nazir Bakı şəhərinin UNESKO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək gələcəkdə İSESKO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd etmişdir. O, həmçinin İSESKO çərçivəsində irsin qorunması ilə bağlı layihə həyata keçirilə biləcəyini və bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verilə biləcəyini diqqətə çatdırmışdır.

Yekunda nazir İSESKO-nun baş direktorunu Azərbaycana dəvət edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...