Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub

Tarix:18-11-2019, 10:38

Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı “Grand Palais” (Böyük Saray) də keçirilən “Festival du bien-manger” (Ləziz yeməklər festivalı) də təmsil olunub.

120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı bu Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungis (Rəngis) in 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.

Festival iştirakçılarına milli şirniyyatlarımızın ən tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və sair nümayiş olunub. Təqdimat zamanı iştirakçılar arasında Azərbaycanla bağlı sual-cavab keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Məşhur fransız aşpazı Cyril Rouquet Provostun aparıcılığı ilə Azərbaycan, bayramlarımızla bağlı adət-ənənələr, Azərbaycanın zəngin mətbəxi haqqında iştirakçılara geniş məlumat verilib.

Tədbirdə ölkəmiz haqda məlumatlar “Eduard Cointerau” (Eduard Kuantro), “Anne-Laure Descombin” (An Lor Dekombən) və “Agora Expo” şirkətinin rəhbərlik etdiyi “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsi ilə əməkdaşlığı nəticəsində təqdim olunub. Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir ki “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsində uğurla iştirak edir. 3 gün davam edən beynəlxalq festivalda İndoneziya, Filippin, Özbəkistan, Cənubi Koreya, Mərakeş və digər ölkələrin mətbəx nümunələri təqdim olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...