Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir

Tarix:8-10-2019, 17:07

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Naxçıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7. Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində bir sıra tədbir, rəsm sərgisi və beynəlxalq səviyyəli elmi konfranshəyata keçirəcək.

Bununla əlaqədar, Türk Dünyasının dahi şairi Nizami Gəncəviyə həsr olunmuş "Nizaminin türkçülüyü və türkçülüyə yanaşması Azərbaycan Muzeyşünaslığında" adlı kitabın M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdimatı nəzərdə tutulur. Eyni zamanda, İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş beynəlxalq konfrans, eləcə də türkdilli xalqların ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının kollokviumunun 30 illiyi və eposun yeni tapılan 13-cü boyunun müzakirəsinə həsr olunmuş beynəlxalq elmi yığıncaq Azərbaycan Dillər Universiteti ilə birgə keçiriləcək.

Türk Dünyasında qadınların tarixdəki rolu, ictimai həyatda iştirakı və mədəni irsə təsirindən bəhs edən “Türk Dünyasının Qadını: keçmişdən bugünə” beynəlxalq konfrans və qadınların əl işlərindən ibarət sərginin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilməsi nəzərdə tutulub.

"Saplar arasında harmoniya" - Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyi ilə birgə qoblen sənət nümunələri, "Türk Dünyasının Cənnət Bağları" adlı tanınmış rəssam Cəmilə Haşımovanın əsərlərinin nümayiş etdiriləcəyi sərgilər `Türk Dünyası Həftəsi` ərzində gerçəkləşəcək.

Qeyd edilməlidir ki, həyata keciriləcək tədbirlərin başlıca məqsədi Fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış Türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...