Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək

Tarix:24-09-2019, 15:45

Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək 28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.

İdarədən verilən məlumata görə, bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.

“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) arasında qarşılıqlı əməkdaşlığa dair 2018-ci il noyabrın 26-da İstanbul şəhərində müqavilə, cari ilin 2 may tarixində isə Bakıda memorandum imzalanmışdır. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...