Anons

18-01-2020, 21:20- İlin Jurnalisti mükafatını dünya şöhrətli yazıçı Çingiz Abdullayev təqdim edib

18-01-2020, 17:29- 100 GR SABUNU 6460 AZNƏ SATIR

17-01-2020, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

17-01-2020, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

17-01-2020, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

17-01-2020, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

17-01-2020, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17-01-2020, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

17-01-2020, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

17-01-2020, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

17-01-2020, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

17-01-2020, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

17-01-2020, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

17-01-2020, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

17-01-2020, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

17-01-2020, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

17-01-2020, 13:39- Sabah külək güclənəcək

17-01-2020, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

17-01-2020, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Haqqımızda Əlaqə

Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində

Tarix:12-09-2019, 11:14

Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti…

Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə"sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo Buta" da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə "Voyacer 1" kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücunu təsəccüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...