Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur

Tarix:4-09-2019, 13:37 Baxış Sayı:0

Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci baş konfransı keçirilir.

Tədbirin açılış mərasimində Yaponiyanın vəliəhd-şahzadəsi və onun xanımı, nazirlər, parlamentin üzvləri, Kioto şəhərinin meri iştirak ediblər.

Konfransın işinə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.

Konfransı salamlama nitqi ilə açan ICOM-un sədri Suay Aksoy bildirib ki, tədbirdə rekord miqdarda – 5 minədək nümayəndə iştirak edir.

İştirakçıları salamlayan vəliəhd-şahzadə konfransın işinə uğurlar arzulayıb.

Yaponiyanın Mədəniyyət, təhsil, idman, elm və yüksək texnologiyalar naziri Yaponiya mədəniyyətinin və muzeylərinin də təmsil olunacağı EXPO-2020 sərgisinə hazırlığın gedişi barədə məlumat verib.

Sentyabrın 2-də ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın “Dekorativ sənətdə mədəniyyətlərarası təsir” adlı sessiyasında “Doğan günəş diyarı və Odlar yurdu: kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə sessiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

İştirakçıların “Əjdahalı” xalçalar, onların istifadəsi və ornamentlərinin semantikası haqqında sualları ətraflı cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...