Dünən, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək
Dünən, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub
Dünən, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"
Dünən, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi
Dünən, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
Dünən, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
Dünən, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub
Dünən, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər
Dünən, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR
Dünən, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)
Dünən, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib
Dünən, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq
Dünən, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib
Dünən, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib
Dünən, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək
Dünən, 13:56- Sabahın hava PROQNOZU açıqlandı
Dünən, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Dünən, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir
Dünən, 12:43- Mənim sevimli həkimim
Dünən, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filipp Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko Lorenzo Taziyeri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatia Buniatişvili çıxış edəcəklər.
Konsertdə F.Əmirov “Azərbaycan kapriççio”su, Niyazi “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15-150 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.