Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

“Muğam ruhun qidasıdır”

Tarix:27-08-2019, 12:44 Baxış Sayı:0

“Muğam ruhun qidasıdır” Muğam qoca Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb etmişdir. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü ilə əlaqədar Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində “Muğam ruhun qidasıdır” adlı tədbir keçirdi.

Tədbirdə Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Tofiq Əlizadə, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyinin sədri Füruzə Əsədullayeva, Qadın dünyası İctimai Birliyinin rəhbəri Kifayət Niftəliyeva, şairə Aygün Hüseynli, Sabaha inamla saytının icraçı direktoru Kamran Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Xurşudoğlu, şair, həkim Şahlar Baba Şuşalı, yazıçı-publisist Nəcibə İlkin, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, Sabunçu rayon MKS-inin 12 №-li kitabxana filialının müdiri Vəsilə Məmmədova, Yasamal rayon MKS-inin əməkdaşları və fəal oxucuları iştirak edirdi.

Tədbirdə böyük metodist İradə Hüseynova 26 avqust Beynəlxalq Azərbaycan Muğamı günü haqqında məlumat verdi. Tofiq Əlizadə öz çıxışında bildirdi ki, vahid ölçüyə malik və püxtələşmiş muğam Azərbaycandadır. Xan Şuşinski, Seyid Şuşalı, Cabbar Qaryağdı yaradıcılığından söhbət açdı. Telman Xurşudoğlu Azərbaycan muğamı və Xan Şuşinski yaradıcılığı haqqında məlumat verdi. Gülnarə Əmirquliyeva segah muğamından danışaraq, bildirdi ki, segah muğamını dinləyəndə insanı keçmişə aparır, xəyallara dalırsan. Nəcibə İlkin qeyd etdi ki, muğamda analarımızın laylası var. Daha sonra Xan Şuşinskinin qohumu Şahlar Baba çıxış edərək qeyd etdi ki, musiqini təkcə ifa etmək yox, onu həm də xalqa tanıtmaq, çatdırmaq əsasdır.

Tədbirin bədii hissəsində Səxavət Məmmədova özünün yazdığı “Qarabağ”, Cəmilə Heydərova isə “Heydər Əliyev” şeirlərini söylədilər.

Beynəlxalq Muğam müsabiqəsinin birincisi Xəyal Hüseynov və muğam ifaçısı Zaur Alıyev “Qarabağ şikəstəsi”, “Bayatı Şiraz” ifa etdilər. Onları tarda Fəxri Alışov, nağarada Musaxan Qayıbov müşayiət edirdi.

Muğam ifaçıları – Şuşa Humanitar Kollecinin tələbəsi Mirsahil Məmmədli, 67 №li tam orta məktəbin şagirdi Nuray Məmmədli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Feyzullayev, Loğman Zeynalov, Elmira İbrahimova, Nicat Qurbanov, Məhəmməd Səfərov və Elman İmanov öz ifaları ilə tədbirə ahəng qatdılar. İfaçıları tarda Laçın rayonu 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Ramil Qasımlı və şair, tarixçi Nazim Tapdıqoğlu müşayiət edirdi. Qarmonda isə Maarif Rüstəmov və Elnur Şərifov ifa edirdilər.

Tədbirdə “Muğam ruhun qidasıdır” adlı kitab sərgisinə baxış keçirildi. Xan Şuşinskinin, Qədir Rüstəmovun, Səxavət Məmmədovun ifasında videolent nümayiş olundu.

Tədbir Mirsahil Məmmədlinin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşdı.

“Muğam ruhun qidasıdır”
“Muğam ruhun qidasıdır”
“Muğam ruhun qidasıdır”
“Muğam ruhun qidasıdır”
“Muğam ruhun qidasıdır”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...