Anons

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Haqqımızda Əlaqə

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Tarix:6-08-2019, 12:55 Baxış Sayı:26

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb Ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 5-də uğurla başa çatıb.

Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 31-də başlanan və altı gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik və Azərbaycan Dövlət Simfonik orkestrlərinin konsertlərini, “Cello Extravaganza” və dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramlarını, “Kiyev virtuozları” simfonik və Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrlərinin, “Naz-nazı” muğam qrupunun müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, “Clarte” klarnet kvartetinin, Türkiyədən gəlmiş “Trio Miraculum” qrupunun çıxışlarını izləmək imkanı qazanıblar.

Avqustun 5-də axşam Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, rayon rəhbərliyi, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə keçən konsertdə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri ifa edilib.

Solistlər Mariya Buynosova (Rusiya), Modestas Sedleviçius (Litva) və Umid İsrailovun (Özbəkistan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” ifa ediblər.

Xatırladaq ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalını altı gün ərzində həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən çoxlu musiqi həvəskarı izləyib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı qazanan tamaşaçılar bundan böyük zövq alıblar.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha təsdiqləyir ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubunda deyildiyi kimi, “Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir”.

Beləliklə, XI Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Möhtəşəm musiqi bayramı olan Qəbələ festivalı şübhəsiz ki, əhali arasında musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin tanınmasına böyük töhfə verəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...