Anons

Dünən, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

Dünən, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

Dünən, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

Dünən, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

Dünən, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Dünən, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

Dünən, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

Dünən, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

Dünən, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

Dünən, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

Dünən, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

Dünən, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Dünən, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

Dünən, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Dünən, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

Dünən, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

Dünən, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Dünən, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

Dünən, 12:43- Mənim sevimli həkimim

Dünən, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Qəbələ XI Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

Tarix:2-08-2019, 09:53

Qəbələ XI Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra mərasimdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edib. Bildirilib ki, əsası Heydər Əliyev Fondu tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır: "Bu festival ölkəmizlə bərabər inkişaf edir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən ucqar ölkələrindən - uzaq Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir".

Natiqlər builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərin keçirildiyi bir dövrə təsadüf etdiyini və bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.

Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...